Gənclər təşkilatlarından ibarət İctimai Maarifləndirmə qrupları paytaxt və regionlarda şəhid ailələrini və qaziləri ziyarət edir

OXUNUB: 634 QHT

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələrindən ibarət İctimai Maarifləndirmə qrupları müxtəlif istiqamətlər üzrə karantin qaydalarına uyğun olaraq Bakı şəhəri və regionlarda fəaliyyətlərini davam etdirirlər.

Layihənin həyata keçirilməsində əsas məqsəd COVID-19 pandemiyasına qarşı mübarizə və vaksinasiya prosesinin vacibliyi haqqında gənclər arasında maarifləndirici söhbətlər aparmaq, Vətən müharibəsində iştirak edən qazi və şəhidlərimiz haqqında məlumatlandırma, eyni zamanda şəhid və qazi ailələrinin ziyarət olunması, işğaldan azad edilmiş torpaqlarımızda gənclərin gələcəkdə reallaşdırmaq istədikləri layihələr barədə fərdi müzakirələrin aparılması və sorğuların keçirilməsidir.

İctimai Maarifləndirmə qrupları 30 gənclər təşkilatının iştirakı ilə 12 şəhər və rayonda fəaliyyət göstərirlər.

Layihə müddətində fəaliyyətlərə cəlb edilən gənclər təşkilatları aşağıdakılardır:

1. Gənc Vətənpərvərlər İctimai Birliyi

2. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi

3. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi

4. Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi

5. SAF Həyat Naminə Gənclər İctimai Birliyi

6. Həkimlər və Təbib Tələbələr İctimai Birliyi

7. Gənclərin Töhfəsi İctimai Birliyi

8. Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi

9. Odlar Yurdu Gənclər İctimai Birliyi

10. Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyi

11. Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi

12. İnternat Məzunlarının Sosial İnteqrasiyası

13. Gənclər Mərkəzi İctimai Birliyi

14. Erasmus Tələbə Şəbəkəsi Azərbaycan (ESN)

15. Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi

16. Dünya Gənc Türk Yazarlar Birliyi İctimai Birliyi

17. Türkiyə Universitetləri Məzunları İctimai Birliyi

18. Gənc Mühasiblər Birliyi İctimai Birliyi

19. Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi

20. Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi

21. Gələcəyə Körpü GİB

22. Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi

23. Azərbaycan Skautlar Assosiasiyası Göygöl nümayəndəliyi

24. Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi

25. İşıqlı Gələcək Gənclər İctimai Birliyi

26. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası

27. Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyi (TGİİB)

28. Böyük Yol Gənclər İctimai Birliyi

29. Gənclərin Həmrəyliyi İctimai Birliyi

30. Gəncliyə Dəstək İctimai Birliyi




RƏYLƏR