Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələri elan edilib

OXUNUB: 493 SOSİAL
Gənclər və İdman Nazirliyi tərəfindən, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı aşağıdakı istiqamətlər üzrə elan edilmiş müsabiqənin nəticələri məlum olub:

 

-     Vətən müharibəsi, həmçinin milli qəhrəmanların və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması;

-     Şəhid ailələri və qazi övladlarının fərdi inkişafına dəstək göstərilməsi;

-     Azərbaycançılıq və dövlətçilik ideyalarının və multikultural dəyərlərin gənclər arasında təbliği;

-     gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi;

-     gənclər arasında Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən yerli və beynəlxalq intellektual oyunların, kompüter oyunlarının, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi;

-     İşğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində gənclərin iştirakının təmin edilməsi və təşəbbüslərinin dəstəklənməsi;

-     Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

-     gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

-     gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

-     gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

-     özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;

-     gənclərin hüquqi maarifləndirilməsi;

-     ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;

-     müasir peşələr, onlara tələbat və peşə seçiminə dair gənclərin maarifləndirilməsi;

-     gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində tədbirlərin həyata keçirilməsi;

-     internat və uşaq evlərində yaşayan və məzun olan gənclərin məşğulluğuna kömək göstərilməsi ilə bağlı tədbirlər;

-     gənclər arasında açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması üzrə təşəbbüslər;

-     gənclər arasında dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər;

-     gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi;

-     gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahələri üzrə maarifləndirmə işinin genişləndirilməsi;

-     gənclər arasında erkən nigahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması;

-     cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi;

-     gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

-     gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə gənclərin qərarvermə proseslərində, ictimai əhəmiyyət kəsb edən məsələlərdə və dövlət gənclər siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi;

-     kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması ilə onların bilik və bacarıqlarının inkişaf etdirilməsi;

-     gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və elmə həvəsin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;

-     tələbələrin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək göstərilməsi;

-     gənclər arasında qeyri-formal təhsil alətlərinin inkişaf etdirilməsi;

-     gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanması və yayımlanmasının təmin edilməsi (TV kanllar və sosial media platformaları).

 

Müsabiqəyə 123 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim edib. Təqdim edilmiş hər bir layihə təhlil edilib. Təhlil zamanı layihənin davamlılığı, əhəmiyyəti, aktuallığı, daha çox gəncin əhatə edilməsi, göstərilən problemlərin əsaslandırılması, həmçinin, təşkilatın daxili idarəetmə strukturunun formalaşması, möhkəmlənməsi, təşkilatların təcrübələri, layihələrin icra planları, layihəyə cəlb edilən gənclər qrupu haqqında məlumatlar və s. bu kimi məqamlar nəzərdən keçirilib, layihələrin büdcə hissəsi möcvud normativlərə və ehtimal olunan bazar qiymətlərinə uyğunluğu yoxlanılıb.

 

Nəticədə aşağıdakı gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ümumilikdə, 632.316 manat məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. 

 

Layihələrin icrası ilə bağlı 15-25 dekabr 2021-ci il tarixlərində müqavilələrin bağlanması və müvafiq sənədləşmə işlərinin aparılması planlaşdırılıb.


 

                  Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri

RƏYLƏR