“GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı 10 illik layihənin daha bir infoturu başa çatdı

OXUNUB: 6410 QHT

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) "XXI ƏSR” MMC-nin dəstəyi ilə adada "GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı 10 illik layihənin 2016-cü il üçün planını icra edib.

10 dekabr 2016-cı il başlanan infotur çərçivəsində 25 gənc turzim sahəsində müxtəlif biliklərə sahib çıxıblar.

Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə layihənin əsas məqsədi ölkəmizin turizm imkanlarını gənclər arasında yaymaqdan ibarətdir. Bu mənada ASGA və"XXI ƏSR” MMC 10 dekabr 2016-cı il tarixdə belə bir layihəyə start verdik. Layihə kommersiya məqsədi daşımır və sırf "XXI ƏSR” MMC-nin könüllü dəstəyi ilə reallaşıb. 20 avqust 2016-cı il tarixədək davam edən laqer çərçivəsində 25 gənc iştirak edib.

Məlumat üçüb qeyd edək ki, "GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı layihə ASGA və "XXI ƏSR” MMC tərəfindən imzalanan 10 illik müqavilə əsasında həyata keçirilir.

7NEWS.az

RƏYLƏR