“Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyi BƏYANAT yaydı

OXUNUB: 833 HADİSƏ

Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektlərini iyul ayının 4-də müxtəlif ölçülü odlu silahlardan atəşə tutması nəticəsində 2 nəfər 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həyatını itirib, bir nəfər Quliyeva Sərvinaz yaralanıb, mülki obyektlərə zərər yetirilib.

Həlak olanların yaxınlarına başsağlığı verir və Allahdan səbr diləyirik.

 

Biz, "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyibeynəlxalq ənclər təşkilatlarına, beynəlxalq qurumlara və uşaq insan hüquqları ilə məşğul olan qurumlara səslənərək Ermənistanın dinc əhaliyə qarşı atəş açmasına biganə qalmamağa cağırırıq.

 

Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücumlar beynəlxalq hüquq və insan haqlarının, Uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır.

 

ATƏT – in Minsk Qrupunun, beynəlxalq təşkilatların münaqişənin həlli üçün danışıqlar prosesinin bərpasına dair çağrışlarına məhəl qoymayan Ermənistan hərbi – siyasi rəhbərliyi əksinə, mülki əhalini, o cümlədən uşaqları hədəf alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli alçaq fəaliyyətlərini davam etdirir, münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir.

 

Biz, Azərbaycan gəncləri Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən son hücumları və vəhşilikləri qətiyyətlə pisləyir, dünya dövlətlərini, benəlxalq təşkilatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə son qoyulması üçün Ermənistan hərbi – siyası rəhbərliyinə təzyiqlər göstərməyə çağırır və eyni zamanda siyasi və iqtisadi sanksiyalar tətbiq edilməsini tələb edirik.

 

RƏYLƏR