Gender bərabərliyində də dövlətin dəstəyi ilə nailiyyətlər əldə olunub - TƏHLİL

OXUNUB: 842 Özəl TƏHLİL

Bu gün dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda geniş bir hərəkat var. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Xalqımızın qəlbən tapındığı islam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib.

nder problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur.Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir.Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır.

İnsan cəmiyyətini qadın və kişilər təşkil edir.Cinslər arasında biloji və fizioloji fərqlər məlumdur və dəyişməzdir.Lakin bu o demək deyil ki,kişivə qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir.Qadın hərəkatının tarixi, bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir.Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həmdə istehsalatda oynadığı rolu dəyişdirib.XX əsrin sonunda "Gender” anlayışı formalaşmışdır ki, bunu da "Sosial Cins” kimi xarakterizə etmək olar.Gender anlayışının əsasında qadın hərərkatı durur.Gender termininin bir çox tərifi məlumdur.Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.

Qeyd etmək lazımdır ki, cinslərin sosial bərabərlik nəzəriyyəsini qəbul etməyənlər və gender konsepsiyasının tənqidçiləri də mövcuddur.Onların əsas arqumenti odur ki, qadın və kişilərin təbiəti fərqlidir və bu fərqlər yalnız fizioloji deyil, psixoloji sahəni də əhatə edir.Belə tənqidi nəzəriyyənin tərəfdarları iddia edirlər ki, texniki və texnoloji tərəqqiyə baxmayaraq, elə fəaliyyət sahələri mövcuddur ki, orada əsasən qadınların və yaxud kişilərin çalışmaları daha məqsədəuyğundur.Gender nəzəriyyəsinin tənqidçilərinə görə cəmiyyətdəkişivə qadınlar arasında fəaliyyət sahələrinin psixoloji amillərə əsaslanan bölümü hər iki qrupu daha xoşbəxt edə bilər. Tənqidçilər gender probleminin həlli yolunu inkişaf üçün eyni şəraitin yaradılmasında görürlər.Onların fikrincə cəmiyyət üçün belə yanaşma daha əhəmiyyətlidir.Bu baxışlara görə, gender probleminin həlli qadınları qadın kimi, kişiləri isəkişikimi xoşbəxt etməkdən keçir.

Gender probleminin həll edilməsi məqsədilə Azərbaycan Respublikasında bir sıra tədbirlər həyata keçirilməkdədir.Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bir çox gender problemi aradan qalxmaqdadır. Belə ki, ölkəmiz 1992-ci ildə "Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasındakişivə qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. Kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində bərabər imkanlarla təmin edən, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini özündə əks etdirən "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun 2006-cı il oktyabrın 10-da Azərbaycan Prezidenti tərəfindən imzalanıb. Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilən "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” ölkədə gender əsaslı zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir.2010-cu ildə Milli Məclisdə "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib."Qanunvericilik gender bərabərliyi üçün hüquqi bazadır.Qanunlar öz-özlüyündə dövlətin siyasi iradəsinin bir göstəricisi kimi çox vacib rol oynayırlar.Bundan başqa, qanunların mövcudluğu konkret məsələlərə diqqəti cəlb etməklə yanaşı, digər dəyişikliklər üçün də katalizator rolunu oynaya bilər. Buna görə də bir çox ölkələr gender bərabərliyinin təmin edilməsi məqsədi daşıyan qanunlar qəbul edib. 2011-ci ilin may ayında gender siyasətinin təhlili və həyata keçirilməsi üçün müvafiq icraedici orqanlar, digər dövlət strukturları və vətəndaşlar arasında əlaqələndirmənin və qanunvericilikdə nəzərdə tutulmuş gender bərabərliyinin təmin edilməsi monitorinqi məqsədilə Milli Məclis Aparatı rəhbərinin xidmətində Gender məsələləri sektoru yaradıldı. Sektor gender bərabərliyi sahəsində Azərbaycan qanunvericiliyinin Aİ-nin gender bərabərliyi üzrə qanunlar toplusu və CEDAW Konvensiyasına uyğunlaşdırılması, bərabər imkanların yaradılması üçün müvafiq dövlət qurumları və sosial tərəfdaşların institusional və inzibati potensialının artırılması, Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericiliyin uyğunlaşdırılması və icra olunmasında Milli Məclisə dəstək məqsədi ilə Tvinninq layihəsini Avropa Birliyinə təqdim edib. Hər bir sahədə olduğu kimi gender bərabərliyində də dövlətin dəstəyi ilə nailiyyətlər əldə olunub.

Ümumilikdə ekspetlərin fikrincə, cinslərin oturuşmuş rolları və dərin kök atmış mədəni amillər gələcək tərəqqiyə mane olur.Mədəni dəyişikliyə ehtiyac var. Bu dəyişiklik yalnız məktəbdə və ailələrdə maarifləndirmə vasitəsilə və medianın bu sahəyə tam cəlb olunması ilə mümkündür.Gender stereotipləri qaldıqca ayrı-seçkilik davam edəcək, çünki bu gün qadınların inkişafında əsas maneə qanunlar və ya qanun qüvvəli aktlar deyil, məhz onlardır.

Nail Qurbanov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.18



 

RƏYLƏR