General-leytenant Kərim Vəliyev: "Düşmənə sarsıdıcı zərbələr endirilib, vəziyyət tam nəzarətimizdədir!"

OXUNUB: 1758 index-manşet SİYASƏT

Müsahibimiz Azərbaycan Respublikası Müdafiə nazirinin müavini cənab general-leytenant Kərim Vəliyevdir

- Cənab general necədir vəziyyət?

Vəziyyət gərgin olaraq qalır. Cəbhədə iriçaplı silahlar hələ tətbiq olunmur. Təxribatlarhər bir istiqamətdə dəf olunub. Şəxsi heyətin vəziyyəti normaldır. Döyüş ruhu çox yüksəkdir. Mənəvi-psixoloji durum yüksək səviyyədə və şəxsi heyət öz vəzifə borclarını ləyaqətlə yerinə yetirməyə hər zaman hazırdırlar və qadirdirlər.

- Şəxsi heyətin qarşısına qoyulmuş vəzifə tam yerinə yetirildimi?

Tamamilə yerinə yetirilib. Düşmənə sarsıdıcı zərbələr endirilib. Bütün vacib obyektlər, onun canlı qüvvəsi məhv olunub. Döyüş texnikası və digər texnikalar darmadağın olunub və məhv olunub.

- Hadisələrin birinci günündən proseslərin içindəsiz, Azərbaycan döyüşçülərinin döyüş hazırlığı, Azərbaycan döyüşçülərinin mənəvi mükəmməlliyi, ümumiyyətlə qoyulmuş tapşırılara adekvat olub-olmaması barədə nə deyə bilərsiniz?

Ümumiyyətlə döyüş hazırlığı yüksək səviyyədə, mütəşəkkil qaydada Azərbaycan Ordusunda təşkil olunur. Şəxsi heyət hər zaman öz vəzifə borclarını yerinə yetirməyə hazırdır. Bu hazırlıq ön xəttdə aparılan döyüş bölmələrində hər zaman Müdafiə Nazirliyi rəhbərliyi altında və xüsusən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun nəzarətində həyata keçirilir.

- Bu gün siz razı, qalmısınızmı aparılan əməliyyatdan, əldə olunan nəticələrdən, yəni bizim şəhidlərimizin ruhu rahat ola bilərmi?

Biz bir neçə istiqamətdə olan təxribatların qarşısını almışıq. Düşməni öz yerində otuzdurmuşuq və ona sarsıdıcı zərbələr endirmişik.

- Qarşı tərəfin itkilərindən məlumatınız var?

İtkilər haqqında məlumatımız var. Mən güman edirəm ki, onlar böyük sayda canlı qüvvəni itiriblər.Çünki onların mühüm obyektləri, texnikalarda olar şəxsi heyət, atəş qurğularında olan şəxsi heyət və digər infrastrukturlarda olan şəxsi heyət məhv edilmişdir. Biz bunu öz vasitələrimizlə ictimaiyyətə təqdim etmişik, məlumatlar var, yəqin ki onu görmüsüz, izləmisiz və əlbətdə ki, əgər təhlil etsək o görüntülərdən görünür ki, itkilər böyükdür onlarda.

- Ermənilər dinc sakinlərin yaşadığı yaşayış məntəqələrini atəşə tutur. İndi orda vəziyyət necədir? Vətəndaşlarımız özünü tam təhlükəsiz hiss edə bilirlərmi?

Hamımıza məlumdur ki, bu təxribatı bizim düşmənlərimiz başlayıb və bu təxribatı həyata keçirərkən bizim kəndlərimizi, bizim əhaliyə qarşı artilleriya qurğuları, minaatanları tətbiq etmişdilər. Əlbətdə ki, adekvat tədbirlərlər görüləndən sonra onlar susduruldu.

- Biz ümumiyyətlə izləyirik çoxdandır prosesləri, xüsusilə sərhədin Tovuz ərazisində, Tovuz hissəsində ermənilərin son zamanlar fəallaşmasının səbəbləri ni siz nə ilə izah edə bilərsiniz? Ola bilər ki, bu sual daha çox hərbi-siyasi baxımından verilir, amma bütün hallarda mən sizi kifayət qədər ciddi strateji düşünən general kimi tanıdığımdan bu sualı vermək istəyirəm.

 

Bu məsələlər bəllidir. Siz qeyd etdiyiniz kimi bu siyasi və hərbi məsələlərdir. Ermənistan cəmiyyətindəçaxnaşma prosesləri gedir. Ona görə də, fikirləri başqa istiqamətə yönəltmək üçün cəbhədə olar təxribatlara əl atırlar və beləliklə, gördüyünüz kimi bu təxribatın nəticəsindən də indi bəhrələnirlər. Çünki böyük itkilərə məruz qalıblar.

- Biz şəhidlərimizin sayından artıq xəbərdarıq. Onları son mənzilə bütün Azərbaycan xalqı böyük çoşqu ilə yola saldı, Allah rəhmət etsin. Yaralılarımız nə qədərdir bu günə və onların vəziyyəti barədə nə demək olar?

Çox sağolun.

Allah rəhmət etsin bütün şəhidlərə. Ailələrinə səbr diləyirik. Bilirsiz, itkisiz müharibə olmur. Şəhidlərimiz var, yaralılar var. Mən yaralıların yanında olmuşam. Əksəriyyətinin vəziyyəti normaldır. Yüngül yaralıdırlar və ehtimal var ki, tez vaxtda onlar sağalaraq, öz yerlərinə qayıdacaqlar. Onlarla söhbət edərkən hamısı öz arzularını bildiriblər ki, onlar sıraya qayıtmaq istəyirlər. Bu da yenə də mənəvi-psixoloji vəziyyəti göstərir.

- Mən 1992-1993-cü ilıərdə Qarabağ döyüşlərində olmuşam, demək olar ki, bütün bu müharibələri keçmişəm. Yadımda həm ağır, həm şərəfki, həm də hətta bəzən çox qəmli təəssüratlar qalıb. Yerli camaatın orduya münasubətini siz necə hiss etdiniz. Yəni insanların sizə, əsgərə, zabitə, döyüşən qüvvələrə münasibəti baxımından.

Bizim cəmiyyətimizdə böyük dəyişikliklər var. Əgər müqayisə etsək 92-93-cü illəri əlbəttə indiki dövrdə olan vəziyyət tam başqa cürdür. Əvvəl müharibə aparılırdı ordu tərəfindən, cəmiyyədə 92-93-cü illərdə tam başqa əhval- ruhiyyə vardı. İndi isə biz əlbəttə ki, bu dəstəyi görürük və hiss edirik. Məsuliyyətimiz də artır. Buna görə artır və biz istəyirik ki, öz sözümüzü ləyaqətlə göstərək. Şücaət və qəhrəmanlıq göstərək hər bir verilən tapşırıqda. Əlbəttə ki, birinci növbədə cənab Ali Baş Komandanın siyasətindən irəli gələn bir məsələdir. Ordu ilə xalq birdir. Ona görə başqa cür ola da bilməz. O vaxtlardan fərqli olaraq bizə ehtiyac yoxdur ki, könüllülər gəlsin. Bizim hamımız könüllüyük, biz hamımız hazırıq öz vəzifə borclarımızə yerinə yetirməyə. Ordumuz peşəkarcasına hazırlanıb. Ordumuzun silahları, texnikaları, digər avadanlıqları ən müasir tələblərə cavab verən bir vəziyyətdədir. Ona görə indiki durumda ordu çox yüksək peşəkarlıqla öz vəzifə borclarını yerinə yetirir. Cənab Prezidentin hər bir sözü bizim üçün əmrdir və əmri yerinə yetirməyə bütün şəxsi heyət hazırdır və qadirdir. Və Cənab Prezidentin tapşırığına əsasən, Müdafiə nazirimizin tapşırığına əsasən düşmən atəş zərbələrinə məruz qalmışdır. Bunun sayəsində canlı heyət, hərbi texnika, mühüm obyektlər və digər hərbi infrastrukturlar darmadağın olunub və məhv edilmişdir.

- Şaiyələr vardı, müxtəlif şaiyələr guya camaat boşaldılır, şəiyələrin müəlliflərini tapdıq. Şaiyələrlə mübarizə aparmağın ən dürüst rolu, ən kəsik yolu təbii ki, həqiqəti deməkdir. Həqiqət nədən ibarətdir?

Əlbəttə ki, düşmən bu vəziyyətdən istifadə etmək istəyir və öz təbliğatınının cəmiyyətimizə hardasa təsirini göstərmək istəyir. Sizə deyim ki, belə faktlarla biz rastlaşmamışıq. Əksinə yerli camaat, respublika əhalisi hamısı bizi dəstəkləyir və biz onu hiss edirik. Minnətdarlıq bildiriik ki, belə dəstək, qayğı bizim ordumuz üçün var. Bizim üçün böyük ruhdu, böyük gücdü, bizi ruhlandıran böyük amildi. Və əlbəttə ki, bizi daha da çoz ruhlandırır.

- Cənab general-leytenant iş burasındadır ki, mən koronavirusla bağlı olaraq xəstəxanada idim, ilk günlərdən burd döyüşçülərimizlə birlikdə ola bilmədim. Bu gün müəyyən bir mükəlləfiyyət, insani borc var çənim çiynimdə və mən istəyirəm bu sözü sizdən eşidim. Mən bir vətəndaş olaraq rahat ola bilərəm ki, Azərbaycanın şəhid olmuş zabitlərinin, hərbi qulluqçularının qisası alındı...

Tam əminliklə deyə bilərəm ki, bu qisas alındı və onların qanı yerdə qalmayıb.

RƏYLƏR