General-leytenant Vəli Nağıyev haqqında - Məhəmməd Səfərov yazır

OXUNUB: 4148 MARAQLI
Əziz dostlar bu gün sizə çox dəyərli bir insandan danışacam. Layiqli və nümunəvi bir dövlət xidmətçisindən‚ Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavini General-leytenant Vəli Nağıyevdən söhbət açacam.

Bu gün hörmətli Vəli Nağıyevin doğum günüdür. Vəli Nağıyevlə hələ uzun illər birgə işləmişik və mənim rəisim olub. Vəli müəllimin haqqında  İlk öncə bunu deyə bilərəmki Vəli Nağıyev çox vicdanlı‚ işində dürüst‚ çox insanpərvər‚ ləyaqətli‚ dövlətçiliyə bağlı olan‚ həqiqi vətənpərvər bir insandır. Vəli Nağıyev nümunəvi bir ailədə dünyaya göz açıb. Ailənin bütün üzvləri hamısı ziyalı və vətənpərvər insanlardır‚ hər biri Dövlətçiliyə xidmət edən şəxslərdir. Eləcə də Vəli Nağıyev hələ gənc yaşlarından Dövlətçiliyimizin qorunması uğrunda çalışıb. Ölkəmizin maraqlarının təmin olunmasında Vəli Nağıyevin böyük xidmətləri var. Hər zaman son dərəcə vicdanlı addım atıb‚ vətənə və dövlətə də xidməti borcunu vicdanla icra edib və bunu da özünə hər zaman vicdan borcu bilib. Elə onu tanıyan hər kəsə də vicdanla yanaşıb. Hər kəsə insanlıq və insanpərvərlik naminə kömək etməyə çalışıb. Hər addımında əsl və nümunəvi Dövlət məmuru olaraq hərəkət edib. Bütün addımlarında Dövlətimizin  layiqli siması sərgilənib. Vəli Nağıyevə baxdıqda Dövlətimizin apardığı siyasət‚ vətəndaşlara qayğı və diqqəti aydın görünür. Vəli Nağıyev kimi məmurlar və layiqli Dövlət xidmətçiləri öz davranış və addımları ilə Dövlətimizin mövqeyini‚  cənab Prezidentin müdrik siyasətini‚ Dövlətimizin əməli işlərini açıq aşkar sərgiləyirlər. Vəli Nağıyev bütün iş fəaliyyətində hər zaman Dövlətimizi sevərək‚ Dövlət maraqlarına sədaqətlə xidmət edib. Yalnız Dövlət maraqlarını uca tutmaq‚ işində yalnız Dövlət siyasətini icra etmək‚ milli maraqları və cənab Prezidentin siyasətini‚ Ulu Öndər Heydər Əliyevin yolunu rəhbər tutmaq Vəli Nağıyevin hər zaman ən birinci amalı olub və gəncliyindən indiyə qədər  bu istiqamətdə addımlayıb.  Məhz bu da Vəli Nağıyevi nümunəvi bir insan olaraq‚ əsl vətənpərvər‚ vicdanlı və insanpərvər biri kimi tanıdıb. Hər kəs Vəli Nağıyevi bu şəkildə tanıyıb. Çünki hər zaman ondan ancaq bu saydığım ali dəyərləri görülüb. Vəli Nağıyev bütün xidməti işində ancaq dövlət  maraqlarını‚ cənab Prezidentin hümanizm siyasətini‚ ulu öndər Heydər Əliyevin yolunu rəhbər tutaraq çalışıb ki‚ bu da vətənə və xalqa xidmətin ən bariz nümunəsidir və vətənə və xalqa‚ dövlətçiliyimizə layiqli xidmət deməkdir. Vəli Nağıyev məhz bu müqəddəs yolu və ali hədəfi özünə hər zaman istiqamət olaraq seçib və bu nümunəvi yolun nümunəvi yolçusu olaraq da nümunəvi və vicdanlı bir şəxs olub və hər kəsə də bu cür davranıb‚ yoluna‚ əqidəsinə‚ dövlətə və vətənə layiq bir insan olaraq hərəkət edib‚  hər zaman yüksək insanpərvərliyi və alicınablığı ilə hər kəsin hörmət və ehtiramını qazanıb. Bu səbəbdən hörmətli Vəli Nağıyev bütün ictimaiyyət tərəfindən sevilən bir şəxsdir. Həm  dürüst və layiqli bir insan olması ilə‚  həm də nümunəvi bir Dövlət məmuru olması ilə hörmətli General hər zaman seçilib. Məhz Vəli Nağıyevi fərqli edən də bu saydığım faktorlar və onun işində və çevrəsində‚ həmçinin insanlara qarşı sərgilədiyi nümunəvi xarakteridir. 
Bütün bu saydığım hallar Dövlətimiz tərəfindən layiqincə dəyərləndirilmiş və Vəli Nağıyev nümunəvi xidmətlərinə və Miqrasiya orqanlarında məhz qüsursuz qulluğa görə 1-ci  dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir. 
Biz də öz növbəmizdə cənab Generala uzun ömür‚ can sağlığı‚ ailə səadəti və Dövlətçiliyimizə xidmət yolunda uğurlar arzu edirik. 
Doğum gününüz və yeni yaşınız mübarək olsun cənab General. Yeni yaşınızda müfəffəqiyyətlər sizinlə olsun. 

Hörmətlə‚ 
Məhəmməd Səfərov

RƏYLƏR