General Novruzəli Orucovun oğlunun məhkəməsi təxirə salındı

OXUNUB: 782 HADİSƏ

Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Buna səbəb vəkillərin məhkəməyə gəlməməsi olub.

Proses oktyabrın 17-dək təxirə salınıb.

İcmal.Az

RƏYLƏR