Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir

OXUNUB: 634 ŞOU-BİZNES
Məşhur model Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir.
Bu barədə model özü sosial media hesabında yazıb.

O, Nyu-York moda həftəsində podiuma çıxdıqdan sonra çox insanlar onu arıq olduğu üçün "anoreksiya" xəstəsi adlandırıb.

Lakin Hadid ilk dəfə "Haşimoto uru" (və ya autoimmun tireidit - qalxanabənzər vəzin iltihabı, adətən uşaq yaşlarında təsadüf olunur, vəzin funksiyasının orta yaşlarında tam pozulması ilə nəticələnə bilir) xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən arıqladığını açıqlayıb. O, ilk dəfə 17 yaşında xəstəliyindən xəbər tutduğunu söyləyib./axşam





İcmal.Az

RƏYLƏR