Gimnastika Məktəbinin direktoru Azərbaycan xalqını təhqir etdi: “Bu millətin əxlaqı tükənib” – FOTO+VİDEO

OXUNUB: 2335 Özəl Seçilmiş Önəmli

İCMAL.az xəbər verir ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iləHeydər ƏliyevMərkəzinin təşkil etdiyi "Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə ediblər. İlk dəqiqələrdə aksiya pozitiv ruhda keçib. Sonra kortəbii təşkilatçılıq və uşaqların sayının gözləniləndən artıq olması sözün əsl mənasında xaotik durum yaradıb. Videodan da aydın görünür ki, kifayət qədər ciddi nizamsızlıq, təşkilatçılıqda məsuliyyətsizlik var. Ən azından aksiya elan olunanda iştirakçıların təxmini həcmi və baş verəcək risk faktoru nəzərə alınmalı idi. Cəmiyyətdə isə bir çox tanınmış insanlar artıq prosesə öz münasibətlərini sərgiləyiblər. Bir çoxları bu xoşagəlməz anı zəif və məsuliyyətsiz təşkilatçılıqla əlaqələndirirlərsə, bəzi insanlar bunu xalqı təhqir etməklə öz mövqelərini ortaya qoyublar.

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru Xaqani Fərəcov isə bu halı öz facebook səhifəsində maraqlı şəkildə şərh edib. O, bunu millətin Mənəviyyat və əxlaqı dəyərlərinin tükənməsi ilə əlaqələndirib. Şərhi olduğu kimi təqdim edirik:

"Buyurun baxın insanlarımızın ictimai mədəniyyət belə formalaşıb. Uşağı və yaxud böyüklər hamı eyni haldadır. Avtobusda, metroda, məktəbdə, restoranda hər yerdə bir sözlə, səbəb isə sadədir, ictimai tərbiyənin olmamaması o isə ailə tərbiyəsinin zəif olmasında irəli gəlir. Kiməsədə bunların səhv olduğunu izah edəndə peşman olur. Uşaqları döymək onlara qışqırmaqla tərbiyə olmur. Azərbaycanda ictimai mədəniyyət bərbad haldadır. Nə tərbiyə qalıb nə mədəniyyət. Avropalaşmağın və yaxud Qlobalaşmanın bu məsələyə aidiyyatı yoxdur. Mənəviyyat və əxlaqı artıq tükənib millətin!”

İCMAL.az olaraq bu məsələ ilə bağlı bir neçə eksperti danışdıracağıq. Kimin haqlı olduğunu isə oxucularımız dəyərləndirəcək. İstənilən halda xalqı təhqir etmək olmaz. "Millətin əxlaqı, mənəviyyatı yoxdur” ifadəsi sözün elə əsl mənasında ən böyük əxlaqsızlıqdır. Hər bir millətin özünün regional, institusional rəngarəngliyi var. Və bütün bunlar milləti bütövləşdirir və dövlətçiliyi şərtləndirir.

Məlumat üçün qeyd edək ki, Xəqani Fərəcova bu il 2018-ci il Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.

Mövzunu davam etdirəcəyik.

İCMAL.az



RƏYLƏR