Girovlarla bağlı məlumat mərkəzi yaradıldı - Məqsəd onların azadlığa buraxılması istiqamətində təşviqat aparmaqdır

OXUNUB: 547 SOSİAL

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun xüsusi layihəsi olan bu mərkəzin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi zamanı və ondan sonrakı dövrlərdə əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaq, onların azadlığa buraxılması istiqamətində hüquqi işlərlə yanaşı, geniş təbliğat-təşviqat fəaliyyəti aparmaq və dünya ictimaiyyətinin diqqətini azərbaycanlı əsir və girovların azadlığa buraxılması məsələsinə yönəltməkdir. Mərkəzin internet saytı www.hostages.az ünvanında yerləşir və gündəlik olaraq, Azərbaycan, rus və ingilis dillərində yenilənir./ATV.az 

İcmal.Az

RƏYLƏR