Gömrük Komitəsinin 3 idarəsində əməliyyat keçirildi - SAXLANILANLAR VAR

OXUNUB: 524 Özəl HADİSƏ
Dövlət Gömrük Komitəsində daha bir böyük əməliyyat keçirilib.
Dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən komitənin Şimal ərazi Baş gömrük İdarəsində, Cənub ərazi Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində anti-korrupsiya əməliyyatı baş tutub.
Əməliyyatlar zamanı hər üç idarədən bir nəfər inspektor saxlanılıb.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat yekunlaşıb, digər iki idarədə isə baş verən qanun pozuntuları ilə bağlı araşdırma davam edir.
Prokurorluğun Mətbuat Xidmətindən 7News.Az-a təsdiq ediblər.
Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

RƏYLƏR