Gömrük Komitəsinin bütün yüksək vəzifəliləri naxçıvanlılardır - SİYAHI

OXUNUB: 641 İQTİSADİYYAT HADİSƏ

Dövlət Gömrük Komitəsinin bütün yüksək vəzifəli şəxslərinin naxçıvanlı olması heç kəsə sirr deyil. Komitədən sədrdən tutmuş sədrin müavinlərinə, idarə və xidmət rəislərinə qədər yüksək vəzifəli şəxslərin əksəriyyəti Naxçıvan doğumludur. Bildirilir ki, bu məsələ mətbuatda işıqlandırıldıqdan sonra S.Mehdiyevin tapşırığı əsasında komitənin saytında qurumun yüksək vəzifəli şəxsləri ilə bağlı yer almış məlumatlarda dəyişikliklər edilib. Belə ki, komitənin saytından qurumun vəzifəli şəxslərinin naxçıvanlı olması barədə məlumatlar silinib.


Əksəriyyəti Nehrəm kəndindən olan bu məmurların orada nə iş görməsi çox maraqlıdır. Əcəba, Gömrük Komitəsində yüksək vəzifə tutmağa layiq olan başqa şəxslər yoxdurmu?


Dövlət idarəçilik sistemində belə bir acınacaqlı durumun yaradılması, vəzifəyə təyinatların sırf regionçuluq amili üzərindən həyata keçirilməsi utanverici məqamdır.


Azsiyasət.com saytı həmin məlumatları təqdim edir.

Sədr: Səfər mehdiyev - Naxçıvan, Babək rayonu, Nehrəm kəndi

Müavin: Əsgər Abdullayev - Naxçıvan, Babək rayonu, Nehrəm kəndi

Müavin: Rza Həsənəliyev - Naxçıvan, Ordubad rayonu

Müavin: İsmayıl Hüseynov – Naxçıvan şəhəri


Gömrük Komitəsinin naxçıvanlı digər yüksək vəzifəli şəxsləri:


Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalov

İnzibati idarəetmənin təşkili idarəsi  Nüsrət Qurbanov

Xarici əlaqələr idarəsinin rəisi Dilavər Fərzəliyev

Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov

Mətbuat xidmətinin rəisi Natiq Axundov

Katibliyin rəisi Firudun Məmmədov

Avtomobil-nəqliyyat idaəsinin rəisi Simurq Cəfərov

İnfrastukrutun inkişafı idarəsinin rəisi Kamil Qasımov

Əməliyyat və istintaq baş idarəsinin rəisi Məsum Rəsulov

Gömrük Akademiyasının rəisi Qulu Novruzov

 

RƏYLƏR