"Golden Water"in məhsulları keyfiyyətli deyil - ŞOK İDDİA

OXUNUB: 1720 Seçilmiş Önəmli Özəl TƏHLİL
"Lider Cola" və digər məhsulların istehsalçısı olan şirkətlə bağlı şok detallar "Unikal"da 

Son dövrlər ölkədə istehsal olunan içkilərin keyfiyyəti ilə bağlı müəyyən irəliləyişlər olsa da, bəzi istehsalçılar hələ də alıcıları narazı salmaqdadır. 

"Golden Water" MMC-nin məhsullarından da narazılıqlar var. Məlumat üçün bildirək ki, "Golden Water" MMC 2003-cü ildən alkoqolsuz qazlı, qazsız içkilərin istehsalı ilə məşğuldur. Şirkət iddia edir ki, məhsulları "Lider Cola", "Lider Portağal", "Lider Duşes", kompotlar, cem və mürəbbələr Avropanın qabaqcıl ölkələrinin müasir standartlara cavab verən avadanlıqlarında istehsal edilir. Amma paytaxtın ən iri super marketlərində bu şirkətin məhsullarına rast gəlinmir. Səbəb isə sadədir. Şikayətçilərin sözlərinə görə, Golden Water" MMC-nin məhsulları reklam olunduğu qədər keyfiyyətli deyil. Məşhur brendin adından istifadə edərək özlərinə müəyyən müştəri təbəqəsi toplasalar da, artıq alıcılar da yalançı kola ya etibar etmirlər. Məhz, elə bu səbəbdən də son dövrlər marketlərdə bu markadan olan məhsullara rast gəlinmir. Sadəcə olaraq, ucqar dükanlarda rast gəlmək olar ki, onlarda da çeşid az olduğundan məcburən alınır. 

Sözügedən MMC-nin rəsmi saytından məlumat almaq istəsək də, cəmiyyəti maraqlandıran hər hansı bir detal yoxdur. Saytda məhsulların istehsalı və tərkibi barədə də hər hansı bir məlumat verilmir. Qurumun rəhbərinin kimliyi isə dövlət sirri kimi saxlanılır. Çünki saytda qeyd olunan əlaqə nömrəsinə zəng vursaq da, rəhbərlik barədə hər hansı bir məlumat ala bilmədik. 

Amma Unikal-ın araşdırma qrupu şirkət və onun məhsulları ilə bağlı ciddi informasiyalar əldə edib. Detalları dəqiqləşdirdikdən sonra geniş məlumat veriləcək. Bu şirkətin arxasında hansı oliqarxın dayandığı, vergi və digər məsələlərlə bağlı məlumatı araşdırmamızdan sonra yayımlayacağıq./unikal.org
 
İcmal.Az

RƏYLƏR