“Google” “Android” üçün iki yenilənmə buraxıb

OXUNUB: 1703 İQTİSADİYYAT DÜNYA

"Google” şirkəti "Android” əməliyyat sistemi üçün iki yenilənmə buraxıb.

2020-07-01 və 2020-07-05 adı verilən yenilənmələr təhlükəsizlik sistemində bəzi qüsurları aradan qaldırmağa yönəlib.

Mütəxəssislərin fikrincə, bu qüsurlar müxtəlif istiqamətlərdə ola bilər. Ən başlıcası isə, "Android” istifadəçilərinin şəxsi məlumatlarının kibercinayətkarların əlinə keçməsi ehtimalıdır.

Qeyd olunur ki, yenilənmələr ümumilikdə 25-ə yaxın qüsuru aradan qaldıracaq.

RƏYLƏR