Goranboy icra başçısı məktəblərin istilik pulunu öz obyekti olan “QALA-MARKET”ə yönəldir – BİABIRÇI VİDEO+FOTOLAR

OXUNUB: 2476 GÜNDƏM HADİSƏ

Goranboy icra başçısı məktəblərin istilik pulunu öz obyekti olan "QALA-MARKET”ə yönəldir – BİABIRÇI VİDEO+FOTOLAR

7NEWS.azolaraq ötən ay Goranboyda baş verən qanunsuz proseslərlə bağlı xəbər vermişdik. Demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali icra strukturunda kök salmış məmur özbaşınalığından təngə gəlib. Sovet dönəmində ölkənin ən təmiz və ən məhsuldar rayonlarından olan Goranboy indi dövrünün ən "çirkli”, acınacaqlı günlərini yaşayır.

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bütün diqqət və qayğısını özünün restoran, sanatoriya biznesinə yönəldib. Biznesi xatirinə rayonun bütün imkanları artıq "xərclənib”.

Rayonun viran qalan qəsəbələrindən biri də Safikürd kəndinin. Bir qrup ziyalı tərəfindən redaksiyamıza göndərilən müraciət oxuyanları dəhşətə gətirəcək. Müraciətdə deyilir: "... Cənab Prezident İlham Əliyev ölkənin gələcəyinin sağlam olması üçün demək olar bütün rayon rəhbərləri qarşısında ciddi tapşırıqlar qoyub. Buna baxmayaraq Goranboy icra başçısı Nizaməddin Quliyev və Təhsil şöbəsinin müdiri Səxavət Məmmədov Safikür kəndinə ayrılan 100 min manatı mənimsəyərək yüzlərlə şağirdin sağlamlığına ziyan vurublar. Viran günündə olan, uçub-dağılan məktəbi qızdırma üçün zir-zibil yandırılmas üsülündan istifadə edirlər. Artıq müəllimlər şagirdlərə "evinizdə nə qədər cır-cındır var gətirin” göstərişini veriblər. Bu vəziyyət bugün heç Əfqanıstanda belə yoxdur. Nizaməddin Quliyevin sayəsində uşaqlarımız Yaxın Şərqdəki uşaqların faciəsini yaşayırlar. Buna bamayaraq rayon icra başçısı dövlət tərəfindən ayrılan pulu "QALA-MARKET” adlı şəxsi ticarət mərkəzinin 2-ci mərtəbəsindəki Şadlıq sarayının tikintisinə yönəldir. 7 min əhalisi olan kəndin gələcəyi Nizaməddin Quliyev və Səxavət Məmmədov tərəfindən məhv edilir”

Yazı dərc olunmamışdan qabaq Goranboy rayon icra hakimiyyətinin saytlarında göstərilən əlaqə vasitələri ilə danışmağa çalışsaq da hər zamanki kimi düşmək mümkün olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

7NEWS.az

 


RƏYLƏR