Goranboy icra başçısından Prezidentə daha bir xəyanət: PAMBIQ SAHƏLƏRİ BELƏ MƏHV EDİLDİ

OXUNUB: 2658 HƏFTƏLİK İCMAL Özəl

Dövlət idarəçiliyində belə bir şüar var. "Kadrlar hər şeyi həll edir”. Bəli, əgər kadr  yerindədirsə, istər müəssisə rəhbəri olsun, istər dövlət rəhbəri olsun, işlər axarında gedəcək və istənilən problemlər  zamanıda həllini tapacaq. Uğrulu kadr  rəhbərlik etdiyi sahəni və ya ona tapşırlan işləri uğrula həyata keçirmək qabliyyətinə  malik olan şəxs deməkdir. O, istənilən şəraitə hazır olmaslı və ona həvalə edilən sahənin məsuliyyətini dərk edərək fəaliyyət göstərməlidir. Əks təqdirdə ona olan inamım itməsi təkcə, bir şəxsə və ya ona həmin sahəni həvalə edən insanlar deyil, ümumilkdə onun fəaliyyətindən cəmiyyət əziyyət çəkəcək.

Son illərdə dünyada davam edən  qlobal iqtisadi -maliyyə böhranı,  2014-cü ildən isə dünya bazarında  neftin  qiymətinin kəskin düşməsi  dünya ölkələrində ciddi təlatümlər yaratmaqdadır. Azərbaycan da dünyanın bir parçası olduğundan dünyada baş verən bu   iqtisadi  və enerji sahəsində ba. Verən kataklizmlərdən  yan keçə bilmir və hansısa formada ölkəmizə öz mənfi təsirini göstərir.

Ancaq ölkə başçısının həyata keçirdiyi çevik siyasət nəticəsində bu katlaklizmlərin ölkə iqtisadiyyatına  təsirini minimuma endirmək üçün təcili tədbirlər planı hazırlanıb həyata keçirilməkdədir. Əksinə yaranmış bu durumda  Azərbaycanın dünyada və regiondakı əhəmiyyətini bir daha artırmağa imkan verir və bu ölkə rəhbəri bu imkanlardan yaralanmaq üçün  ciddi səylər göstərir. Dünyada yaranmış  vəziyyətə və yeni çağırışlara uyğun olaraq ölkə iqtisadiyyatının formalaşdırlmasına çalışır və siyasətini bu istiqamətdə qurub. Xüsusən də qeyri-neft sektorunun, kənd təsərrüfatə,emal sahələrinin inkişaf  etdirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Bu sahələrdən biri də son illərdə azərbaycanda pambıqçılıq sahəsinin inkişaf etdirlməsidir. Azərbaycanda pambıqçılığın inkişafı artıq ölkədə prioritet sahələrdən biri hesab olunur. Bu fikri Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin martın 28-də Saatlı rayonunda keçirdiyi müşavirdə də səsələndirib. Dövlət başçısı Saatlıda keçirilən müşavirədəki çıxışında  deyib ki,  pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır: "Uzun fasilədən sonra pambıqçılığa dair birinci müşavirəni keçən il Sabirabad şəhərində keçirdik. Bu il Saatlı şəhərində keçiririk. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük”. Ölkə başçısı  əlavə edib ki, 2017-ci ildə resöublikanın  22 rayonda  136 min hektar sahədə pambıq əkiləcək.

Pambıq əkilən rayonlardan biri də Goranboy rayonudur. 2017-ci ildə Gornaboyda  5 min hektar  sahədə pambıq əkilməsi planlaşdırılıb. Onu da qeyd etmək yerinə düşər ki, hələ sovetlər birliyi dönəmində Gornaboy pambıqçılıqda öndə gedən və məhsuldarlığı ilə seçilən rayonlardan biri olub.

İndi görək ölkə başçısının tapşırıqlarına uyğun olaraq Gornaboy rayonunda pambıq sahəsinin əkin vəziyyəti, ona aqrotexniki qulluq, suvarma işlər necə aparılır? Ölkə başçsının rayon rəhbərliyi qarşısında qoyduğu vəzifələr necə icra olunur. Rayon rəhbərliyi fermerlərə daha bol məhsul götürmək istiqamətində hansı dəstəyi verir? Axı, ölkə başçısı  cari ilin mart ayında Saatlıda  pambıqçılıqla bağlı keçirilən məlum müşavirəsində  yeri icra hakimiyyəti orqanların, fermerlərə, aidiyyatı qurumlara 2016-ci ildən fərqli olaraq 2017-ci ildə hər hektardan 17 sentner deyil, 20 sentner məhsul toplamaq istiqamətində tapşırıqlarını verib.  Yəni 2017-ci ildə Azərbaycanın qarşısında duran hədəf  haradasa 270 min ton pambıq  tədarükdür. 2016-ci ildə bu 100 min ton civarında olub. Bu yolla svetlər dövründə olduğu kimi Azərbaycanın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Həm də regionlarda yeni iş yeri açmaq,  kənd əhalisini torpağa bağlamaqla daha faydalı işlə məşğul olmağa yönəltmədkir. Bunun üçün müvafiq qurumlardan fermerlərə lazımi dəstəyi verməyi tələb edərək, onların qarşısında əsas vəzifə kimi qoyub.

Azərbaycan prezidenti Saatlıda keçirilən müşavirədə səsləndirdiyi kimi pambıq əkininə  hazırlıq işləri vaxtında və əsaslı görülüb: " Səpinə artıq bu gün start verildi və yığım da əlbəttə ki, vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddət ərzində görülən işlər, bax, bu gözəl nəticəyə gətirib çıxarıb. Bu, onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik”.

Ancaq ölkə başçısının verdiyi tapşırıqlar və göstərişlərin  heç də bütün rayonlara, xüsusən də Goranboya şamil etmək mümkün deyil.

Goranboy fermerləinin Gununsesi.info-ya verdiyi məlumata görə, fermerlər ölkə başçısının bu çıxışı və tapşırıqlarından ruhlanaraq  nəzərdə tutulduğundan artıq sahədə pambıq əksələr də müvafiq qurumların və Goranboy RİH başçısının səhlənkarlığı, fermerlərə lazımi dəstəyi vermədiyi nəticəsində pambıq əkin sahələrində vəziyyətə ürəkağrıdıcı bir mənzərə yaradıb. əkilən pambıq cücərsə də, ona lazımi gübrə, mineralın vəən əsası da suvarma işlərinin vaxtında aparılmaması pambıq kollarının məhv olmasına gətirib çıxarıb. Artıq pambıq sahələrində acınacaqlı vəziyyət yaranıb.  Vaxt da ötdüyündən yenidən əkin işləri aparmaq mümkün deyil. Fermerlər bunun səbəbini  zamanıdna suyun verilməməsi ilə izah edirlər. Onlar bildiriblər ki,  pambıq sahələrinə suyun verilməsi ilə bağlı  Goranboy rayon İcra hakimiyyətinə və onun başçısı Nizaməddin Quliyevə dəfələrlə müraciət edilsə də, nəticəsi olmayıb. Nəticədə pambıq sahələri məhv olub.

Fermerlər pambıq sahələrinin məhv olması bir yana, onalrın çəkdiyi əziyyət, bu sahəyə qoyduğu sərmayələrin batdığından da pəjmürdədirlər. İndi onlar  itirdiklərini necə kompensasiya edəcəklər, onu bilmirlər. Bu işdə fermerlərə yardım edən də yoxdur. Onlar hesab edir ki, Goranboy rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində rayonda pambıq sahələrinin böyük bir qismi məhv olub.


Fermerlər onu da bildirblər ki, bir zaman su verilmədi pambıq sahələri məhv oldu. Daha sonra respublikada  yağan güclü yağışlar nəticəsində çayların məcradan çəxması nəticəsində xeyli pambıq sahəsi məhv olub.  Zamanında şay sularının məcradan çıxmasının qarşısı alınması və bəndvurma işləri aparılmadığından təkcə iyunun ayının 20-də yağan yağışlar zamanı Goran çayının məcrasından çıxması nəticəsində 10 hektardan çox pambıq sahəsini məhv edib.Rayon rəhbərliyinin bu  sahəyə olan biganəliyi və diqqətsizliyi isə davam etməkdədir.  Rayon rəhbərliyinin biganəliyi davam etdikcə  yerəd qalan pambıq sahələrinin də  məhv olma ehtimalı artır.Çünki pambıq bitkisi digər əknçilik bitkisindən fərqli olaraq daimi qulluq və zəhmət tələb edən bitkidir. Bu bitkiyə  vaxtında  aqrotexniki  qaydada  qulluq edilməzsə,  ziyanverici həşaratlara qarşı dərmanlar vurulmazsa, çəkilən əziyyət hədər gedər. Ancaq Goranboyda biz bunun şahidi olmuruq. Odur ki, bir daha  yuxarıda qeyd etdiyimiz kimi kadr hər şeyi həll edir şüarı yerinə düşür. Əgər kadr  onun üzərinə düən vəzifəi deyil, başqa işlərlə məşğul olub, biganə yanaşacaqsa, o təkcə ölkə rəhbərinin etimadını  doğrultmamaqla yanaşı, ölkə iqtisadiyyatına və cəmiyyətiə xeyli ziyan vurmuş olacaq. Goranboyun icra başçısı Nizaməddin Quliyev də ölkə başçısının tapşırıqlarını vaxtında və lazımi səviyyədə yetirmək əvəzinə, onun göstərişlərinə biganə, laqeyd münasibət bəsləməklə başını dərdə soxmaqdadır. O bilməlidir ki, onun bu hərəkətlərinin hesabını soran olacaq.

Rayon rəhbərliyinin onlara göstərdiyi biganə münasibətə görə fermerlər artıq pambıq sahəsindən üz döndərərək , digər əkinçilik növləri ilə məşğul olmağa üstünlük verirlər. Belə ki, fermerlər daha çox günəbaxan əkməyə üstülük verirlər.  Səbəbini də izah edirlər ki, bu bitkinin suya tələbatı az olmaqla bərabər,  becərilməsi az zəhmət tələb edir. Ucuz və asan  başa gələn məhsuldur.

Biz hələ 2016-cı ildə Gornaboy rayonunda  pambəq qəbul məntəqəsində baş verən yanğın və 10 tondan artıq pamıq tayasının yanması nəticəində başına gələnləri demirik. Hələ demirik ki, məhz onun bu məsələyə görə başı necə "ağrıdı”.  Goranboylular Nizaməddin müəllimin 2016-ci ilin dekabrında pambıq tayalarında baş verənlərdən nəticə çıxaracağını gözləsələr də, bunun əksinin şahidi olmaqdadırlar. Ancaq bununla belə goranboylu fermerlər günün birində Nizaməddin müəllimin  bu laqeydsizliyinin "layiqli cavabını” alacağı günü çox yaxşı bilirlər.


RƏYLƏR