Goranboy rayonu Qızılhacılı qəsəbəsinin sahibkarı intihar həddində - PREZİDENTƏ MƏKTUB

OXUNUB: 736 HADİSƏ

7NEWS.az olaraq Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyəsi sədrindən çox yazmışıq.
 
 Bu məmur haqqında redaksiyamıza bir çox iş adamından şikayət daxil olub. Prezidentin kənd təsərrüfatının inkişafı naminə verdiyi tapşırıqları saymayan bu bələdiyyə sədri sabibkarları intihar həddinə çatdırıb. Növbəti müraciəti təqdim edirik:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
AÇIQ MƏKTUB
Mən Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Həsənov Əli Əbülfət oğlu başıma gətirilən müsibətlərdən dolayı sizə müraciət edirəm. Ulu Öndər Heydər Əliyevin Aqrar İslahat proqramını qəbul edib torpağı kəndlilərə qaytarmasından ruhlanaraq 1997-ci ildə 62 ha və 2004-cü ildə 22 ha əkinə yararsız yeri icarəyə götürərək qoyunçuluqla məşğul oluram.Uzun illər ərzində istifadə etdiyim torpağın icarə haqqını vaxtı-vaxtında ödəmişəm. 62 hektarın icarə müddəti başa çatmağa yaxınlaşdıqda Qızılhacılı Bələdiyyəsinin sədri Məzahir Allahverdiyevə müqavilənin yenilənməsi üçün müraciət etdim. Məzahir Allahverdiyev müəyyən ödənişlər qarşılığında bu işin asan olacağını bildirib. 2148.80 manat Bərdə regional reistr xidmətinin bank hesabına 1200 manat, Kəmaləddin müəllimə, 100 manat Yavərə, 100 manat Ələddinə, 500 manat mənə verərsən bu iş bitər dedi. Bundan sonra mən bankdan kredit götürüb Məzahir Allahverdiyevə verdim. Bir neçə gündən sonra məni yanına çağırıb, işin düzələcəyini amma mənim və İlqar müəllimin 150 baş qoyununu saxlamağımı xahiş etdi. Mən razılaşdım. Qoyun qışı yataqda qaldı. Yaz gəlib havalar isinəndə mən çobandan (Əsgərov Etiram Akif oğlu ) Məzahir müəllimin qoyunları haçan aparacağını soruşdum? O isə cavabında "ə bilirsən bu qoyunlar kimindir!” mən dedim kimindir? O isə cavabında rayon DTX –nın sədri İlqar müəllimin. Bu söhbətdən sonra Məzahir Allahverdiyev tərəfindən hədələr başladı. Mən bu torpağı sənin acığına çobana verəcəm görərsən. Mən isə bu torpağın aqrar islahatdan qohumlarımla birlikdə köhnə Azərbaycan manatı ilə 4 milyon manata aldığımı (rəsmi qəbz ilə) qoyunlarını yataqdan çıxarmasını tələb etdim. Bir neçə ay sonra sənədləri ala bilmədikdə rayon icra başçısı Nizaməddin Quliyevə müraciət etdim. Eşitdiklərim məni dəhşətə saldı. İcra başçısı bələdiyyə sədri məni eşitmir, o DTX-nın adamıdır, get başının çarəsini qıl dedi: Bundan sonra mən cibimə telefon qoyub, bələdiyyə sədrinin yanına gəldim. Bələdiyyə sədri məndən pul aldığını etiraf etdi. Get hara deyirsən de onsuzda xeyiri olmayacaq (Audio disk vasitəsilə sübutum var) Prokurorluqda və hərracda da hamısı bizim adamlardır dedi. Bundan sonra müvafiq orqanlara müraciətlərim cavablandırılmadı. Ən çox da ƏMDK-11 saylı Bərdə regional idarəsi ”biz Məzahirsiz yer vermirik get onunla razılaş” deyə cavablandırdılar. Əslində bu onların Prezdentimizin regionlarda sahibkarlığın inkişafı proqramına və regionların inkişaf etdirilməsi kursuna xəyanətin bir işarəsidir.
Hörmətli Redaksiya heyyəti Sizdən intihar həddinə çatdırılmış biri olaraq yazdıqlarımın işıqlandırılmasını xahiş edirəm."
İmza: Həsənov Əli
Tarix. 18.05.2018
 
 
İcmal.Az

RƏYLƏR