Goranboy rayonunun Baş aqranomu sahibkarları necə sıxır - ŞOK TƏFƏRRÜAT

OXUNUB: 1163 Özəl Seçilmiş Önəmli
Goranboyda yenə məmur özbaşnalığı
Son aylar Goranboyda bəzi məmurların özbaşınalığı ilə bağlı redaksiyamıza məktublar ünvanlanmaqdadır. Müraciətlərdə əsasən məmurların, bələdiyyə rəhbərlərinin sadə vətəndaşları, xırda sahibkarları necə əzdikləri, öz qanunsuz əməllərini necə reallaşdırdıqlarə təsvir olunur. Müraciəti olduğu kimi təqdim edirik:
"Qanunsuzluq və dələduzluq kimi xoşagəlməz faktorlar vətəndaşların pay torpaqlarının istifadəsində də cərayən etməkdədir. Goranboy rayonunun Baş aqranomu, Kənd təsərufatı üzrə mütəxəssisi Yasin Məmmədov Azərbaycan Respublikasının Prezidendinin qeyri-neft sektorunun inkişafı haqqında verdiyi tapşırıqlara və rayon rəhbərliyinin göstərişlərinə məhəl qoymayaraq sakinləri və sahibkarları incitməkdə davam edir. 
Kənd sakinlərinin pay torpaqlarını akt tərtib edərək, bu yer pambıq təyinatıdır deyə polis orqanlarına göndərmişdir . Hansi ki, pay torpaqları əhaliyə özləri hansı məqsədlə istəsələr o, əkin növünü əkmək üçün verilib. Sonralar torpaq sahəsinin sahibləri və sahibkarlar tərəfindən aşkar olunub ki, həmin sahələrdə qeyri-qanuni olaraq Günəbaxan tumu əkilmişdir. Belə ki, Safıkür kəndinin ərazisində 40 hektar Fərdi pay torpaqlarının sahibləri ilə pambıq əkilməsi haqqında müqavilə bağlansa da sonradan məlum olub ki, həmin ərazidə günəbaxan tumu əkilərək, Azərbaycan Respulikasının Prezidentinin 2018 ildə qoyduğu pambığçılığın inkişafına olan planlarına bir başa qarşı çıxmışdır. Adiyyəti orqanlardan xahiş edirik ki, bu özbaşnalığa son qoyulmasında köməklik göstərərsiniz."
Redaksyamıza Yasin Məmmədovun digər özbaşnalığı və qanunsuzluğu haqqındada yazılar daxil olub. Faktlar araşdırıldıqdab sonra daha ətraflı yazılar dərc olunacaqdır./7news.Az

İcmal.Az

RƏYLƏR