Goranboy sakini güllələndi

OXUNUB: 595 HADİSƏ

Goranboyda güllələnmə olub.

İcmal.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Hazırəhmədli kəndində baş verib.

Kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu qarın nahiyəsinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. E. Rəfiyevin kim tərəfindən güllələndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR