Goranboyda nə baş verir? RAYONU BAŞÇININ RUSİYA VƏTƏNDAŞI OLAN QARDAŞI İDARƏ EDİR

OXUNUB: 1531 Özəl Seçilmiş Önəmli
Məmur özbaşnalığına son qoyulmalıdır. Hər sahədə məmur özbaşnalığı davam edir. Bu dəfədə Goranboy rayonunun İcra Başçısı Nizammədin Quliyevin özü və qardaşı Cəlaləddin Quliyevin Goranboyda yaratdığı ailə nəsil idarəçiliyinin faktları ilə sizlərə məlumat verəcəyik. Son dövrlərdə ölkəmizdə baş vermiş hadisələr onu göstərdi ki, hələdə bəzi sahələrdə boşluqlar var. İstər Mingəçevir hadisələri, istərsə də Gəncə hadisələri onu göstərdi ki, dövlətimizin daxili düşmənləri nəfəs alır və fürsət düşən kimi dövlətə arxadan zərbə vurmağa tam "hazırdırlar". Bu dırnaq arası məmurlar ölkə Başçısına yalan informasiyalar ötürməklə özlərini qorumağa çalışırlar. Amma dərk eləmirlər ki, belə qanunsuz, xəyanətkar işlərin üstü gec-tez açılır. Mingəçevir hadisələrinin təhlili onu göstərdi ki, artıq heç bir məmur digər məmuru qorumağa qalxmır. Əksinə vəziyyəti tam təfsilatı ilə ölkə başçısına bildirirlər. Nizaməddin Quliyevin Rusiya vətəndaşı olan qardaşı Cəlaləddin Quliyev Goranboy Avtovağzalının direktoru, Goranboy rayon sukanalı idarəsinin işçisi demək olar ki iş yerində tapılmırlar. 
Goranboy rayonuna ezam olunmuş müxbirimiz nə Cəlaləddin bəyi, nə də bəzi bələdiyyə başçılarını, bəzi idarə müdirlərini yerlərində tapa bilmədilər. Qapılar üzlərinə bağlanır qonşu otaqda iş zamanı nərd və ya domino oynayan day-daylardan sadəcə iki cavab ala bilirdi: YA ƏRAZİDƏDİRLƏR, YA DA BİLİNMİR NƏ ZAMAN GƏLƏCƏKLƏR!
Goranboyda Avtovağzalda Avtobuslar çox acınacaqlı vəziyyətdədir. Avtomobillər texniki baxışdan keçmirlər, təkərlərin və ehtiyyat hissələrinin istismar resursları bitmişdir. Avtobuslarda oturacaqlar tam deyil. Avtobuslar qrafiq üzrə hərəkət etmir. Sürücünün istəyinə görə avtobuslar xəttə və işə çıxır. Belə hadisələr rəhbərliyin yerində olmamasını göstərir. 
Goranboy SuKanal idarəsində isə vəziyyət daha da acınacaqlıdır. Sukanalın müdiri Dilqəm Əvəzov ümumiyyətlə işçi heyətinə söz deyə bilmir. 
Redaksyamıza daxil olan məktubların birində isə belə yazılır: Goranboy Rayon İcra Başçısı Nizammədin Quliyev Məzuniyyətə gedərkən bütün səlahiyyəti Rusiya vətəndaşı olan qardaşı Cəlaləddin Bəyə həvalə edir. Dövlətin ona verdiyi gerbli möhürü, memarlıq –tikinti şöbəsinin möhür və ştampını da qardaşına həvalə edir. Yəqin ki, adiyyatı orqanlar Cəlaləddin bəyin ölkəyə giriş-çıxışını izləsələr sözün əsl mənasında şoka düşəcəklər. Bu adam ayın yarısından çoxunu xaricdə keçirir. 
Məlumatı diqqətdə saxlayacağıq.
 
İcmal.Az

RƏYLƏR