"Grand Motors" rəsmisindən xanıma qarşı əxlaqsız davranış: "Az, maşennik..."

OXUNUB: 281 GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə Safavy.org saytının rəhbəri Könül Quliyeva şərh paylaşıb. Şərhi təqdim edirik: 

"Dünən başıma gələn və hələ də təsirində qaldığım olaydan bəhs edim: 

Deməli, axşam səhvən 1 rəqəm fərqilə başqa nömrəyə 15₼ vəsait yüklədim. Azercell-i aradım, əvvəlcə qarşı tərəflə şəxsən danışıb razılığa gəlməyi tövsiyə etdilər. Mən də azərbaycanlıyıq, insanıq düşüncəsi ilə aradım. 

Vəsait artıq köçüb və qarşı tərəf sanki bu zəngi gözləyirmiş kimi sözə başlayar-başlamaz təhqirə keçdi. Səbrimi qorumağa çalışıram, şokdayam. 

Təmkinlə səs tonumu pozmadan, etikamı qoruyaraq nömrəni təkrarlayıram. Adam tanımadığı xanıma "az, maşennik, sən bilirsən mən kiməm" kimi ifadələr işlədir. 

Dedim, şeytana lənət. Dəstəyi asdım. 

Araşdırma etdim, nömrə Grand Motors məxsus korporativ nömrə çıxdı, danışan şəxs də oranın əməkdaşı. 

Vəsaiti korporativ nömrəyə ödədiyim üçün, əlimdə hüquqi sənədlər olduğundan Azercell in peşəkarlığına güvənərək yazılı müraciət etdim. 

Ancaq hələ də anlamaqda çətinlik çəkirəm. 
Hər şeydən öncə bir korporativ nömrə işlədən, şirkət əməkdaşı nə olursa olsun, danışığına diqqət etməyi bilməli, qarşısındaki bir xanımsa əgər, 2 qat düşünərək danışmalı, hələ ki, öz vətəndaşımızsa, anlayışla ünsiyyət qurmağı bacarmalıdır. 

Bu cür insanlar şirkətlərdə nə adla çalışır görəsən? 

Konfliktaloqiyada qeyd edilən kimi, istənilən halda sakitliyi qorumağı bacarmalıyıq, qarşı tərəfə vüsət  verməməliyik, hər bir halda münasibətlər, konfliktlər tənzimlənə bilinir. Ki mən də inanıram, #GrandMotors dəyərləri olan şirkətsə, bu məsələyə diqqət ayıracaq və ən azından əməkdaşlarını teleünsiyyət, danışıq qabiliyyəti kimi təlimlərə yönləndirəcək. 

Sizcə o mədəniyyətdən və etikdan xəbərsiz Grand Motors əməkdaşı cəza almalıdırmı????"

RƏYLƏR