“Great Wall" avtomobillərindən uzaq durun: BÜTÜN MODELLƏRİ PROBLEMLİDİR

OXUNUB: 2301 GÜNDƏM Seçilmiş Önəmli İQTİSADİYYAT
Bakı şəhər sakini Elməddin Novruzlu redaksiyamıza şikayət məktubu ünvanlayıb.
Elməddin Novruzlunun şikayəti 4 ay bundan öncə satın aldığı Çin istehsalı "Great Wall haval M2” modeli ilə bağlıdır. Bakı şəhər sakini şikayətində qeyd edib ki, maşına 10.000 manat pul ödəyib aldıqdan sonra texniki baxışdan keçirmək üçün "Great Wall”-ın öz avtomobil servisinə aparıb. Maşına texniki baxış keçirən ustalar maşında heç bir problemin olmadığını söyləyib və xidmət haqqı kimi də 20 azn pul alıblar.
 
Elməddin Novruzlu həmçinin bildirib ki, uşaq yaşlarından avtomobil sürdüyünə görə, avtomobili ilk idarə etdiyi gündən onun sürətlər qutusunda problem olduğunu anlayıb və maşını yenidən servisə aparıb: "Usta "bizə gələn bütün "Great Wall” maşınlarının hamısında bu problem var.
 
Problem sürətlər qutusunun "Variator”olması ilə bağlıdır, bu səbəblə də, beyində gecikmələr olur” dedi. Mən isə buna etiraz olaraq bildirdim ki, nə qədər müştəri sizdən maşın alır, insanları niyə bu cür aldadırsınız? Cavabı "Maşını yoxlayıb alardınız” oldu. Adama deyərlər mən maşını başqa yerdə yoxladacağamsa, siz niyə servis işlədirsiniz? Bu qədər insan nəğd və ya kreditlə maşın alır ki, sizin kimi fırıldaqlar onları aldadıb cəmiyyətin zəifliyindən istifadə edəsiniz?
 
Bir sözlə, bütun "Great Wall” markalı avtomobillərin hamısının sürətlər qutusunda problem var və bunun da təmiri mümkün deyil. Xarab oldusa, 3000 azn verilməlidir ki, yeni sürətlər qutusu gətirilsin”. Qeyd edək ki, Elməddin Novruzlu "Great Wall” şirkətinin özünə (Çin) də şikayət məktubu yazaraq məlum problemlə bağlı tədbir görülməsini tələb edib./tia.az
İCMAL.az
 

 


RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}