“Greencard” udan Elariz: 22 toyu qoyub Amerikaya getmərəm

OXUNUB: 871 ŞOU-BİZNES

"Onsuz da tez-tez xaricə gedib-gəlirəm. Rusiya və Türkiyənin şəhərlərində toylarda oluram. Avropanın bəzi ölkə və şəhərlərində toy aparmışam. Bu dəfə səfərim Amerikayadır. Bunun da birinci səbəbi odur ki, "Greencard” vasitəsilə mən Amerikada yaşamaq və işləmək hüququ qazanmışam. Yəni, Amerikaya məni dəvət edən insanlar viza dərdi çəkməyəcəklər”.

Bu sözləri müğənni Elariz Məmmədoğlu "Şou məkan” proqramına açıqlamasında deyib.

Sənətçi bildirib ki, kartı xanımı qazanıb:

"Əslində, "Greencard” üçün mən müraciət etməmişəm. Bu sadəcə olaraq bir lotereya oyunudur. Mənim həyat yoldaşım müraciət etmişdi. 5-6 il əvvəl bu lotereya oynanılmışdı. Biz o vaxt qazanmadıq. Hər il oyun da, bizim sənədlərimiz də təzələnirdi. Bu işlə həyat yoldaşım məşğul olurdu, mən unutmuşdum.

İyulda 22 toyum var. Onları qoyub necə Amerikaya gedim? Azərbaycanın toylarını atıb gedə bilmərəm.

Çoxları kartı udmağıma sevinmədi. Hər şeyi paxıllıqdan yazırdılar”./axsam.az

İcmal.Az

RƏYLƏR