Görün harada eşşəyə heykəl qoydular — FOTO

OXUNUB: 781 DÜNYA
Türkiyədə maraqlı addım atılıb.

İcmal.Az ölkə.az-a istinadən xəbər verir ki, Eskişehirdə parkların birində oturacaqda oturan insan bədənində, başı eşşək olan heykəl hazırlanıb. Eşşəyin günəbaxan tumunu çırtlaması əks olunub.

Görənlərin marağına səbəb olun həmin heykəl Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Yılmaz Büyükerşen tərəfindən sifariş edilib. Onun fikrincə, bu heykəl insanları təmizliyə çağırır.
"Bu heykəl həm insanlarda marağa səbəb olacaq, həm də düşündürəcək. Ətrafı zibilləyən insanların bu eşşəklə fərqi yoxdur”, - deyə Yılmaz Büyükerşen bildirib.

Qeyd edək ki, eşşəyin heykəli təkcə Türkiyədə deyil, bütün dünyada marağa səbəb olub. Heykəlin fotoları sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb. Bu addımı qınayanlar da tapılıb, onu dəstəkləyənlər də olub.
 
 
İcmal.Az

RƏYLƏR