GSİ Gənclər Fondunun dəstəyi ilə son təlimini keçdi - BAKIDA+FOTOLAR

OXUNUB: 1268 QHT

Azərbaycanın hər bir rayonu üçün xarakterik olan qadın problemlərini üzə çıxarmaq Bakıətrafı kəndləri üçün deyil, Azərbaycanın əksər rayonları ücün xarakterikdir. Bundan başqa son illərdə regionlarda aparılan müşahidələr, digər qadınlar ilə işləyən təşkilatların tədqiqatları və müşahidələi bunu bir daha təsdiqləyir. Son 15 ildə əhali artımı bütün fertil yaş qruplarında aşağı düşməkdə davam etsə də, məhz 15-18 yaş qrupunda doğuş 1981-ci illə müqayisədə 200 dəfə artmışdır. Çox təəssüf ki,bu günə qədər erkən nigahlar nə ailə zorakılığının forması, nə qızların təhsil və sağlamlıq hüquqlarnın pozulması, nə də ki ümumu insan hüquqlarının pozulması kontekstində tədqiq edilməmişdir. Problemin miqyası isə getdikcə genişlənir.

Bu mənada "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyi ""Təhsillə nigahım” – gənc xanımların uğur formulu" layihəsini reallaşdırmaq üçün Gənclər Fonduna müraciət etdi və müsbət cavab aldı. Layihə çərçivəsində paytaxtda və regionlarda təlimlərin keçirilməsi nəzərdə tutulub.

Növbəti təlim də 16 fevral 2018-ci il tarixdə BAKIDA baş tutdu.

Təlimin moderatoru tanınmış gənc alim, IKT üzrə mütəxəssis Cahid İsmayıloğlu idi. C.İsmayıloğlu müasir dövrdə erkən nigah probleminin əsas səbəblərindən birinin də İKT-nin inkişafı ilə bağlı olduğunu dedi: "Dünyada IKT imkanları getdikcə artır, genişlənir. Sosial şəbəkələr durmadan hər gün həyatımıza daxil olur. belə bir məqamda bəzi cəmiyyətlər qorxuya düşərək çıxış yolunu nigahda axtarırlar. Bu isə sonunca təhsilsiz, problemli bir cəmiyyətin formalaşmasına gətirib çıxarır". Sonra gənclər təlimçiyə suallar ünvanladı, təlim qarşılıqlı disskusiya formatında davam etdi.

Təlim zamanı iştirakçılara GSİ tərəfindən hazırlanan müxtəlif dəftərxana ləvazimatları, hədiyyələr, xüsusi geyimlər paylanılıb.

Məlumat üçün qeyd edək ki, "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyi ""Təhsillə nigahım” – gənc xanımların uğur formulu" layihəsini Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırır. Layihə çərçivəsində Lənkəranda, Masallıda və Bakıda gənclərə təlim keçirləcək.












RƏYLƏR