Güclü külək yenə Bakıda ağacları aşırdı - Biri avtomobilin üzərinə düşdü

OXUNUB: 37 HADİSƏ
Ötən gecə Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində 3 ağac aşıb.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, hadisə nəticəsində 1 avtomobilə ziyan dəyib:

"Hadisə Nərimanov və Nəsimi rayonları ərazisində baş verib. 2 ağac Nərimanov rayonunda, 1 ağac isə Nəsimi rayonu ərazisində aşıb. Ağaclardan biri fərdi avtomobilə ziyan vurub. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".

O.Məmmədov bildirib ki, paytaxtda bir neçə gün davam edəcək qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlar diqqətli olmalı, ağaclara yaxın ərazidə avtomobil saxlamamalı, dayanmamalıdırlar:

"Çünki intensiv yağışlar nəticəsində torpaq qatı yumşalır və güclü külək ağacları asanlıqla aşıra bilir. Bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir".

RƏYLƏR