Güclü yağışlar İstanbulu iflic etdi – VİDEO + FOTO

OXUNUB: 854 DÜNYA

Türkiyənin İstanbul şəhərində ötən gecədən başlayan və səhər saatlarında daha da güclənən yağışlar həyatı iflic edib.

İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, şəhərdə bir çox yerləri, o cümlədən avtomobil və metrobus yollarını, həmçinin bəzi metro stansiyalarını su basıb.

İstanbul valiliyi ehtiyac olmadığı təqdirdə avtomobillərdən istifadə etməməyi tövsiyə edir.
Yağıntıların axşam saatlarına qədər davam edəcəyi gözlənilir.

 

RƏYLƏR