Güləşçilərin pulu federasiyanın vitse-prezidentinin oğluna xərclənir — BAHALI MAŞINLARI, LÜKS HƏYATI

OXUNUB: 5341 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl İDMAN
Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib.

Məlumata görə güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.

Öz növbəsində isə etirazçıların lideri kimi görünən Rəsul Çunayevin lüks həyatı, bahalı avtomobilləri, "zerkalnıy” nömrələri ictimaiyyətə tirajlandı.

"Ölkə.Az” xəbər verir ki, bu bahalı avtomobillərdən sadəcə Çunayevdə yoxdur. Azərbaycan Güləş Federasiyasının Vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərov heç də Rəsul Çunayevdən ucuz həyat yaşamır.

Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyil./olkeaz

Qeyd edək ki, fotolardakı "333” nömrəli avtomobil AGF-nin Vitse-prezidenti Elçin Cəfərovun, "777” nömrəli nəhəng avtomobil isə  yeniyetmə oğluna məxsusdur:
İCMAL.az












 
 

RƏYLƏR