Güləşçilərin yarışında ilk gün: 2 qızıl, 2 bürünc medala doğru

OXUNUB: 925 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında güləşçilərin mübarizəsi davam edir.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, yarımfinalda məğlub olan güləşçimiz Rəsul Çunayev (71 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Onun rəqibi Türkiyə idmançısı İlker Sönmez olacaq.

Digər təmsilçimiz Murad Məmmədov da bürünc medal uğrunda iordaniyalı Mustafa Alqade ilə döyüşəcək.

Finala yüksələn Rafiq Hüseynov və Orxan Nuriyev isə müvafiq olaraq İran idmançısı Yusif Qaderian və qırğızıstanlı Uzur Juzupbekovla qarşılaşacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR