Güləşçimiz qələbə ilə başladı - Bakı-2017

OXUNUB: 939 İDMAN

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Şərif Şərifov 1/8 finalda iraqlı Əl Muşatta ilə qarşılaşıb.

Daha yaxşı güləşən Ş.Şərifov növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

İcmal.Az

RƏYLƏR