Gülnarə Kərimova həbsxanadan “təcili yardım”la çıxarıldı

OXUNUB: 103 DÜNYA
Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbsdə saxlanıldığı ümumi rejimli koloniyadan təcili yardım maşını ilə çıxarılıb. 
 
İcmal.Az xəbər verir ki, bu barədə onun vəkil Qrequar Manja məlumat verib.

"Twitter"də paylaşım edən vəlil bildirib ki, Gülnarə ilə görüşmək üçün həbsxananın dəhlizində 6 saat gözləsə də, buna icazə verilməyib. Həmin müddət ərzində türmənin ərazisini bir neçə təcili yardım maşını tərk edib. 

Etibarlı mənbəyə istinadla Manja iddia edir ki, avtomobillərdən birində Kərimova olub. Onun səhhəti ilə bağlı hər hansı məlumat vəkildə yoxdur. Onda olan məlumata görə, Kərimovanın olduğu koloniyada son bir neçə həftə ərzində "ən azı iki qadın” dünyasını dəyişib.
 
İcmal.Az
 

RƏYLƏR