Gümrüdə erməni ailəsini qıran rus hərbçi Rusiyaya aparılır?

OXUNUB: 906 DÜNYA
Ermənistanın Gümrü şəhərində erməni ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakovun cəzasını Rusiyada çəkə biləcəyi barədə xəbərlər qalmaqala səbəb olub.

İcmal.Az istipress-ə istinadən xəbər verir ki, Avetisyan ailəsinin vəkilləri bu qərardan narazı qalıblar. Vəkil Erem Sarkisyanın sözlərinə görə, onlar buna imkan vermək niyyətində deyillər. 

Qalmaqallı qətl hadisəsi iki il öncə  -  2015-ci il yanvarın 12-də Ermənistanın Gümrü şəhərində baş verib. Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin 7 üzvünü, o cümlədən körpə uşağı amansızcasına qətlə yetirib.

Ömürlük həbs cəzası alan rus hərbçinin cəzasını Rusiyada çəkəcəyi barədə məlumat bir sıra KİV-də yayılıb. Ermənistanın ədliyyə nazirinin müavini Viqen Koçaryan onun cəzasının təşkili ilə bağlı məsələ hələ müzakirə edilir. 
 
İcmal.Az

RƏYLƏR