Günay İbrahimli çəkilişdə çətin anlar yaşadı – VİDEO

OXUNUB: 1145 ŞOU-BİZNES

Müğənni Günay İbrahimli "Peşmanam” adlı klipini təqdim edib.  

İcmal.Az xəbər verir ki, sözləri Günelə, musiqisi Elvin Abdullayeva məxsus layihə ifaçının "Youtube” səhifəsində yayımlanıb. 

Bir neçə gündür ki, müzakirə olunan klipinin rejissoru Ali Fərhaddır, çəkilişlər Bakının Şüvəlan qəsəbəsində baş tutub. 

Bundan əlavə, Günay İbrahimli açıqlamasında çəkiliş zamanı qarşılaşdığı çətinliklərdən söz açıb:

"Çəkilişlər gecə saatlarında, soyuq havada və dəniz kənarından baş tutdu. Sona yaxın çox çətin anlar yaşadım. Yağış səhnələri olmalı idi, yağmadığından su aparatı vasitəsilə həmin səhnəni çəkdik.

Su çox soyuq idi, buna baxmayaraq, bu işin öhdəsindən gəldim. Klip artıq hazırdır. Yenə komandam – Zümrüd Mirzəliyeva, Lamiyə Ağababayeva və Nəsir Babayev mənim üçün maraqlı obraz yaratdı. Düşünürəm ki, işimiz bəyəniləcək”.

İcmal.Az

RƏYLƏR