Gündə 5 dəfə namaz qılan "Gey" - İslam dini nə deyir? / FOTOLAR

OXUNUB: 1737 DÜNYA

"Müsəlman "Gey" olmaq olar. Bunu bütün dünyaya sübut etdiyimə görə çox məmnunam".

Bu sözləri Böyük Britaniyada nikaha daxil olan müsəlman cinsi azlıq deyib. Britaniya mətbuatı bu şəxslə bağlı yazı dərc edib. Cahid Çhoudhury deyir ki, o, müalicə olunmaq üçün bütün mümkün vasitələrdən istifadə edib. Hətta Həcc ziyarətinə gedib. Ancaq xeyri olmayıb. O bildirib ki, atdığı bu addım valideynlərinin yerli müsəlman icması arasındakı nüfuzuna ciddi xələl gətirib:

"Gündə 5 dəfə namaz qılıram. Ancaq bilirəm ki, bəlli səbəbdən məscidə getməyim arzuolunan deyil. Müsəlmanlar homoseksual həyatı qəbul etmək fikrində deyil".

Bununla bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, cinsi azlığın nümayəndəsi olmaq İslam dininə görə ən böyük günahlardan biridi:

"Zina eləyən də müsəlman ola bilər, oğurluq və başqa hərəkət edənlər də. Onlar deyə bilərlər ki, müsəlmanam. Bu onun Allahı ilə öz arasında olan məsələdir. Yəni, buna görə ona qarşı gəlmək doğru deyil. Bu insan sadəcə olaraq öz fikirlərini açıqlayıb. O, İslamda bunun böyük günah olduğunu bilirsə, demək ki, o, günahkar müsəlmandır”./mətbuat

İcmal.Az


 
 

 

RƏYLƏR