Günel Səfərova seçicilərlə görüşüb - FOTOLAR

OXUNUB: 1620 SOSİAL
9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova Rəsulzadə qəsəbəsi, Bakı Fəhləsi küçəsində yaşayan seciçiləri ilə görüşüb. 

Görüşdə seckilərdə iştirakın əhəmiyyəti, əhalinin problemləri, millət vəkilinin əhalinin problemlərinin həllində görə biləcəyi işlər haqqında danışılıb. Vətəndaşlar səsvermədə şəffaflığın qorunmaması səbəbində seçkiyə inanmadığını bildirib. Onlar Evlərinin sənədləşməsindəki problemlərdən, infrastrukturun düzgün qurulmamasından şikayətlənib. Günel Səfərova onların hər problemində yanlarında olacağını, millət vəkili seçiləcəyi təqdirdə dairədə çoxsaylı problemin həllinə nail olacağını, seckiyə gəlməklə saxtakarlığa son qoymağın mümkün olduğunu vurğulayıb. Vətəndaşlar seçkiyə gələcəyinə və Günel Səfərovaya səs verəcəyinə söz veriblər.








İcmal.Az

RƏYLƏR