Gürcü “qanuni oğrular” Yunanıstanı öz aralarında böldülər

OXUNUB: 929 DÜNYA

Sabiq Sovet ittifaqı ölkələrindən çıxan cinayət qrupların üz tutduqları növbəti məkanı Yunanıstan olub. 

İtaliyada nəşr olunan "La Stampa" qəzetinin yazdığına görə, xarici mafiya artıq Yunanıstandakı mühüm iqtisadi sektorları ələ keçirib.

Yunanıstan Avropanın digər ölkələrinə çıxış kimi istifadə edilir. Nəşrin məlumatına görə, oğru"ların hakimiyyəti korrupsiyaya sövq etmək üçün kifayət qədər maddi vəsaiti var və bu, onlara iqtisadiyyata təsir imkanları verir.

Mənbə bildirib ki, hazırda Yunanıstan 100-ə yaxın "oğru"nun təsiri altındadır.

Hazırda Yunanıstanda 400 minə yaxın Gürcüstan əsilli vətəndaşın yaşadığı deyilir ki, onların da böyük əksəriyyəti Osmanlı İmperiyasından ötən əsrin əvvəllərində əvvəlcə Gürcüstana, oradan isə Yunanıstana köçənlərdir. Bu sayın artmasına

SSRİ-nin dağılması faktoru da təsir edib. M.Saakaşvilinin "oğru"lara qarşı müharibə elan etməsi ölkəni tərk edən "kriminal general”ların və yaxın ətrafının sayını artırıb. "Qanuni oğru"ların əsas planı Yunanıstanı kokainin Avropaya ötürülməsində əsas mərkəz halına gətirməkdir. /oxu

 

İcmal.Az

RƏYLƏR