Gürcüstan DİN azərbaycanlıların yaşadığı qəsəbədə keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb - YENİLƏNİB

OXUNUB: 753 DÜNYA

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala qəsəbəsində (azərbaycanlıların yaşadığı qəsəbə-red.) keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

 

 İcmal.Az-ın məlumatına görə APA-nın yerli bürosu Gürcüstan DİN-ə istinadən xəbər verir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

 

Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib. 

 

*** 11.34

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.

 

Əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.

 

Qeyd edək ki, Poniçala qəsəbəsində avqustun 12-də keçirilmiş xüsusi əməliyyat nəticəsində Nazim və Mahir Cəfərov qardaşları narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunublar.

 

 

 

İcmal.Az

RƏYLƏR