"Gürcüstan Silahlı Qüvvələri prezidentə tabe olmayacaq"

OXUNUB: 772 DÜNYA
"Özünüzü aldatmayın, silahlı qüvvələr bu gün də ölkə prezidentinə tabe deyil və sabah da belə olacaq".

İcmal.Az  report-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri, Konstitusiyaya dəyişikliklər üzrə komissiyanın rəhbəri İrakli Kobaxidze mayın 5-də parlamentdə keçirilən müzakirələr zamanı söyləyib.

Onun sözlərinə görə, ölkənin Ali Baş Komandanı olmalıdır: "Gürcüstanda Ali Baş Komandan var və o, sabah da olacaq. Ali Baş Komandan prezidentdir. Amma heç kim öz-özünü aldatmasın, silahlı qüvvələr bu gün prezidentə tabe deyil və sabah da tabe olmayacaq. Silahlı Qüvvələr Ali Baş Komandanın əmrinə tabe deyil və sabah da belə olacaq".
 
İcmal.Az

RƏYLƏR