Gürcüstan Ukraynadakı səfirini geri çağırdı - Saakaşvili ilə bağlı qərara görə

OXUNUB: 927 DÜNYA

Mixail Saakaşvilinin Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin olunmasından sonra Gürcüstan Kiyevdəki səfirini məsləhətləşmə üçün geri çağırıb.

7News.Az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər naziri David Zalkaliani açıqlama verib: "Gürcüstanda mühakimə olunan və axtarışda olan şəxsin strateji tərəfdaş ölkə Ukraynada vəzifəyə təyin edilməsi Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidzenin məsləhətləşmə üçün geri çağırılması qərarı üçün əsas oldu”.

Bildirilib ki, bununla belə rəsmi Tiflis Kiyevlə diplomatik münasibətləri dayandırmaq niyyətində deyil: "Bu qərara baxmayaraq, əlbəttə ki, diplomatik əlaqələrin kəsilməsini və ya strateji tərəfdaşlığın yenidən nəzərdən keçirilməsini düşünmürük. Çünki bu, iki ölkənin dostluğuna, birgə maraq və məqsədlərinə uyğun deyil”.

 

 

7News.Az

RƏYLƏR