Gürcüstanda koronavirusa yoluxan daha 10 nəfər ölüb

OXUNUB: 45 DÜNYA

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  258 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  268 355 nəfərə, ölənlərin sayı isə 3 435 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 261 637 nəfərin sağaldığı bildirilir.

RƏYLƏR