Gürcüstanda siqaret çəkənlərə bəd xəbər — Parlament yeni qanun qəbul etdi

OXUNUB: 780 DÜNYA
Gürcüstan parlamenti "Tütün məhsullarına nəzarət” haqqına qanuna dəyişiklikləri qəbul edib.


Yeni qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişikliklərə əsasən, siqaret qutularının üzərində onun yaratdığı xəstəliklərlə bağlı fotolar əks olunmalıdır.

1 may 2018-ci ildən siqaret, qalyan və elektron siqaretlərin qapalı məkanlarda istifadəsi qadağan olunur.

Bu qadağa yalnız yaşayış evlərinə, psixatriya xəstəxanalarına, cəzaçəkmə müəssisələrinə və kazinolara aid deyil.

Ancaq siqarları xüsusi siqar barlarda istifadə olunar bilərki, burada da qida məhsullarının satışı qadağan olunacaq. 

1 may 2018-ci ildən tütün məhsullarının reklamı da qadağan olunacaq. 

1 sentyabr 2018-ci ildən isə siqaretlərin açıq satışı qadağan olunacaq.

2021-ci ildən isə ticarət mərkəzlərində tütün məhsullarını yalnız xüsusi yerlərdə və qapalı şəraitdə satışına icazə veriləcək./olke.az
 
 
İcmal.Az

RƏYLƏR