Gürcüstanda SOCAR-ın iştirak edəcəyi tender elan olunub

OXUNUB: 855 İQTİSADİYYAT

Gürcüstan Neft və Qaz Korporasiyası (GNQK) ölkədə ilk yeraltı qaz anbarının tikintisi ilə bağlı beynəlxalq tender elan edib.
 
İcmal.Az APA-ya istinadən xəbər verir ki, qaz anbarının tikintisi Tbilisinin Samqori rayonunda planlaşdırılır.

Tenderin birinci mərhələsində GNQK müvafiq təcrübə və maliyyə imkanları olan kontraktorlar qrupunu seçəcək. İkinci mərhələyə keçəcək şirkətlər texniki tapşırığa uyğun kommersiya təkliflərini təqdim etməli olacaqlar.  
 
Korporasiyanın məlumatına əsasən, yeraltı qaz anbarının tikintisinə 2018-ci ilin birinci yarısında başlanılması planlaşdırılır. Tikintinin ilk mərhələsində iki qiymətləndirici quyu qazılacaq, əldə olunmuş əlavə coğrafi məlumata əsasən, anbarın texniki parametrləri dəqiqləşdiriləcək.
 
Qeyd edək ki, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov Azərbaycanın Gürcüstanda tikiləcək yeraltı qaz anbarının tenderində iştirak edəcəyini bildirib.

 

İcmal.Az

RƏYLƏR