Gürcüstandan Azərbaycana qızıl keçirən qadın yaxalandı

OXUNUB: 604 HADİSƏ

Azərbaycana qaçaqmal yolu ilə qızıl-zinət əşyaları keçirən qadın saxlanılıb.

Dövlət Gömrük Komitəsindən İcmal.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 İcmal.Az

RƏYLƏR