Gürcüstanla Azərbaycan arasında “silah tranziti” insidenti yoluna qoyuldu

OXUNUB: 854
Gürcüstanın "iyul müharibəsi” zamanı Ermənistan üçün silah təchizatında tranzit məntəqəsi kimi xidmət etdiyinə dair insident iki ölkə rəhbərlərinin müdrikliyi sayəsində yoluna qoyuldu. Prezident İlham Əliyevin həmin "silah tranziti”  insidenti ilə  bağlı dərindən düşünülmüş və ölçülüb-biçilmiş mövqeyi Bakı ilə Tbilisi arasında münasibətlərin dərindən soyumasını gözləyənləri məyus etdi.

İki ölkə arasında əsrlərə dayanan dostluq, qardaşlıq münasibətlərində çatlar yaratmaq cəhdləri baş tutmadı, ölkələrin rəhbərləri ani emosiyalardan və maraqlardan yüksəkdə dayandı, sübut elədilər ki, strategiya hardadır, anlaşılmazlıq, hətta iki ən yaxın qonşular arasında baş verən permanent anlaşılmazlıq hardadır.

Qardaşlıq münasibətlərinin həqiqi etirafı, Bakının baş verənlərə dair Tbilisinin operativ hərəkətlərinə verdiyi yüksək qiymət özünü göstərdi-bu günlərdə Gürcüstan hakimiyyəti ölkə ərazisindən Ermənistan üçün daha bir silah karvanınn keçirilməsi cəhdinin qarşısını qətiyyətlə aldı. Bununla da iki ölkə rəhbərliyi dünyaya birmənalı mesaj vermiş oldular.

Hərçənd məhz silah təchizatı problemini beynəlxalq səviyyəyə qaldıran  prezident İlham Əliyevin prinsipial mövqeyi sayəsində iki qardaş ölkə arasında strateji münasibətlər üzərində asılmış  bütün təhdidləri aradan qaldırmaq mümkün oldu.

İki ölkə arasında strateji tərəfdaşlıq isə rəqəmlərlə və reallıqlarla təsdiqlənir. Axı ilin sonuna qədər bütün Avrasiya regionu Cənub Qaz Dəhlizinin reallaşmasını gözləyir. Üstəlik Azərbaycan şirkətləri Gürcüstanda ən iri vergi ödəyiciləridir. Ən yaxın zamanlarda Azərbaycan şirkətləri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair yeni iri layihələr həyata keçirməyi planlaşdırır.

Azərbaycan 2020-ci ilin ilk yarısında Gürcüstanın 3-cü ən iri ticarət partnyoru olub, bu göstərici üzrə təkcə Çindən və Rusiyadan geridə qalıb. Azərbaycan Gürcüstan iqtisadiyyatında ən ciddi investorlardan biridir. SOCAR gürcü xəzinəsinin ən iri vergi ödəyicisidir və Gürcüstanda ciddi aktivlərə malikdir. Kulevi terminalından ildə 2 milyon ton Azərbaycan nefti ötürülür, Gürcüstanın tranzit potensialı əhəmiyyətli dərəcədə Azərbaycanın hesabına təmin olunur, söhbət həm energetika, həm nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıqdan gedir. Gürcüstan ərazisindən hər il minlərlə yük konteyneri daşınır.

İki ölkənin strateji tərəfdaşlığı o dərəcədə dərindir ki, bu gün həmin münasibətlərdə hansısa çatların yaranmasını hətta hipotetik olaraq da təsəvvür etmək mümkün deyil, axı belə çatlar yaranarsa nəticədə təkcə Gürcüstan büdcəsi və ölkə iqtisadiyyatı deyil, eyni zamanda Tbilisinin imici də ziyan çəkəcək. Axı Avropa İtttifaqı Gürcüstan və Azərbaycanı bütün Avropa qitəsinin gələcək enerji təhlükəsizliyini təmin edəcək nəqliyyat şəbəkəsi kimi təsəvvür edir. Şübhəsiz ki, Tbilisi-Bakı oxu konsepsiyasının müəllifi prezident İlham Əliyevin özüdür, onun təşəbbüsü və şəxsi iştirakı ilə iri geoiqtisadi və nəqliyyat layihələri həyata keçirilib. Geoiqtisadi və kommunikasiya arteriyaları Azərbaycanın və Gürcüstanın iştirakı ilə formalaşan regional təhlükəsizlik sisteminin əsasını təşkil edib. Məhz İlham Əliyev Azərbaycan-Gürcüstan-Türkiyə geoiqtisadi üçbucağının yaradılmasının təşəbbüskarı olub. Formalaşan bu geosiyasi oxa mühüm əlavə iqtisadi inteqrasiya və hərbi-siyasi bağların möhkəmlənməsinə xidmət edən Azərbaycan-Türkiyə müttəfiqliyinin regional proseslərdəki dominant rolu olub.

Gürcü istebleşmentinin sağlam düşüncəli dairələri çoxdan dərk ediblər ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının , onun əsasını qoyan Bdzina İvanişvilinin və baş nazir Georgi Qaxariyanın Bakıya dair müəyyən etdiyi kursun düzgün olduğunu çoxdan dərk ediblr. Bu kurs sıx əməkdaşlığa və bütün regionun rifahı naminə möhkəm ittifaqa hesablanıb.
Bakı-Tbilisi siyasi-iqtisadi oxu mehriban qonşuluğa dair ən mükəmməl və uğurlu modellərdən biri olmaqla digər region ölkələri üçün də nümunə hesab oluna bilər.

Və bu mehriban qonşuluğun möhkəmlənməsində ayrıca amil Gürcüstandakı azərbaycanlı diasporudur ki, Bakı bu diasporun vəziyyətini həmişə diqqətlə izləyir. Azərbaycanlı diasporunun Gürcüstanın həyatında getdikcə daha fəal rol oynaması, o cümlədən azərbaycanlıların yüksək vəzifələr tutması, yeri gəlmişkən, Mixail Saakaşvilinin dövründə bu baş vermirdi, ölkələrimizin bir-biri ilə yaxınlaşmasının daha bir göstəricisidir. Tarixdə ilk dəfə, məhz "Gürcü arzusu”nun hakimiyyəti dövründə etnik azərbaycanlı Zaur Dərgallı Marneuli rayonunun icra hakimiyyətinə başçılıq edib. Azərbaycanlı icmasının multikulturalizmə söykənən gürcü cəmiyyətinə qanunauyğun inteqrasiyasını prezident İlham Əliyev "Gürcü arzusu”nun lideri Bdzina İvanişvili ilə şəxsi danışıqlarında dəfələrlə müzakirə edib.

Gürcüstanın azərbaycanlılar yaşayan  regionlarının inkişafı rəsmi Bakı üçün birinci dərəcəi əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti Gürcüstandakı azərbaycanlıların problemlərinə olduqca həssas yanaşır və onların gürcü regionlarının demokratik özünüidarəçiliyinə cəlb edilməsi səviyyəsi azərbaycanlıların sosial və mədəni haqlarına əməl edilməsinin mühüm göstəricisidir. Samtsxe-Cavaxetiya regionunda Ermənistan hökuməti və xüsusi xidmət orqanları tərəfindən qızışdırılan erməni separatizmindən fərqli olaraq Gürcüstanda etnik azərbaycanlılar vahid, bölünməz, suveren Gürücüstan əqidəsi, inamı uğrunda mübarizə aparıblar. Hərçənd eks-prezident Mixail Saakaşvilinin idarəçiliyi dövründə azərbaycanlılar yerli özünüidaretmə və icra hakimiyyətlərində təmsil oluna bilmirdi. Bununla belə Saakaşvilinin hakimiyyəti dövründə Ermənistanın maraqları üçün Azərbaycanın ziyanına lobbiçilik edən etnik ermənilər hakimiyyətdə yüksək və əhəmiyyətli postalara gətirilirdilər.

Öz tarixi vətənləri ilə ayrılmaz bağlar quran azərbaycanlılar heç vaxt Gürcüstandan ayrılmaq iddiası irəli sürməyiblər: nə birinci gürcü respublikasının dövründə, nə sovetləşmədə, nə siyasi suverenliyin bərpası və sərhədlərə yenidən baxılmasından sonra. Gürcüstan erməniləri isə başqa məsələdir. Tarixin səhifələrini vərəqləyəndə Ermənistanın Gürcüstanın tarixi Lori rayonuna israrlı və davamlı iddialarını görməmək mümkündürmü?! Şiddətli gürcü-erməni müharibəsi nəticəsində daşnaklardan ibarət Ararat hökuməti döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğradı. Və Lori Gürcüstanın tərkibində qaldı. Lakin tarixi situasiyadan istifadə edən, menşevik Gürcüstanını sovet Ermənistanı, deməli həm də bolşevik Rusiyası ilə müharibəyə təhrik edən erməni separatçıları Lorinin və Axalkalakinin Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldırdılar.

İyulun 7-də Qafqaz bürosunun Stalinin iştirakı ilə baş tutan həmin tarixi iclasında Ermənistan Lorini qopara bildi. Həmin iclasdan üç gün əvvəl Qafqaz bürosu Qarabağı Azərbaycanın tərkibində saxladı, hansı ki, bunda hətta Mikoyan özü israr edirdi və Leninə məktubunda yazıb rəhbəri inandırırdı ki, Qarabağ kəndliləri heç cür Yerevanla bağlı deyillər və Bakının yuridikasiyası altında qalmalıdır. Tarixin məkrli şəkildə yenidən təkrarlanan dərslərini yaddan çıxarmaq lazım deyil. Axı ötən əsrin əvvəllərində Ermənistan Gürcüstanı Azərbaycanla toqquşdurmaq cəhdlərindən əl çəkmirdi. Amma o vaxt da, indi də iki xalqın çoxəsrlik qardaşlığı, siyasi dərrakəsi qalib gəldi.

Ermənistan bu gün də Azərbaycan-Gürcüstan münasibətlərini korlamaq cəhdlərindən əl çəkmir, amma siyasi uzaqgörənlik və müdriklik, iki ölkə hökumətlərinin müdrikliyi Cənubi Qafqazda atmosferi yumşaldır, digər ölkələrdən olan bəzi siyasi fiqurların bu atmosferi zəhərləmək cəhdlərini neytrallaşdırır.

Silah tranziti insidentini, habelə Ermənistanın Azərbaycanın qonşu ölkələrlə münasibətlərini korlamağa yönəlmiş məkrli cəhdlərini yada salarkən Azərbaycanla Rusiya arasında digər strateji tərəfdaşlığa da toxunmaq lazım gəlir. Azərbaycanda heç kim Rusiya ilə strateji tərəfdaşlığın səmimi dostluq xarakterini şübhə altına almır. Və bir neçə gün əvvəl İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng vurdu. Biz dəfələrlə qeyd etdiyimiz kimi iki ölkə liderlərini şəxsi dostluq və qarşılıqlı etimad birləşdirir. Prezident İlham Əliyev V.Putinlə söhbətində Rusiyadan Ermənistana  qısamüddətli, amma şiddətli iyul toqquşmaları zamanı son silah təchizatına dair məsələni qaldırdı. Bu telefon söhbəti zamanı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yaymamışdı. Amma söhbətdən bir neçə saat sonra Kremlin mətbuat xidməti İ.Əliyevin telefon zəngi haqda məlumat yaydı, bildirildi ki, Azərbaycan prezidenti Rusiya prezidentinə guya koronavirusa qarşı peyvəndin tapılması ilə bağlı təbriklərini çatdırmaq üçün zəng vurub. Və Peskovunn xidmətinin versiyasına görə, təbrikə cavabında V.Putin Azərbaycan və Ermənistanı cəbhə xəttində gərginliyi azaltmağa çağırıb. Azərbaycan cəmiyyəti Rusiya prezidentinin mətbuat xidmətinin informasiyasını təəcüblə qarşıladı. Bundan sonra rəsmi Bakı İ.Əliyevin V.Putinə telefon zənginin əsl motivi barədə informasiyanı təqdim etməli oldu.

Beləliklə, Azərbaycan dövlətinin vaxtında müdaxiləsi sayəsində qısa müddətdə Azərbaycan özünün başlıca strateji tərəfdaşları ilə münasibətləri yoluna qoya, situasiyanı yumşalda və ən vacib suallara cavab tapa bildi. Bu, ölkələrimizin sağlam düşüncəli siyasi dairələrində müəyyən pozitiv ümidlər yaradır: müdrikliyi və qarşılıqlı maraqları əsas tutaraq, emosoyalara deyil, balanslı və qarşılıqlı faydalı yanaşmaya üstünlük verərək ən kəskin məsələni də həll etmək olar. Sülhün, insanların, başımızın üstündəki dinc səmanın naminə!

RƏYLƏR