GÖYÇAY İCRA BAŞÇISINA GÖRƏ SAHİBKARIN ÜRƏYİNİ PARTLADI - MÜLKİ DAĞIDILMIŞDI

OXUNUB: 4719 Seçilmiş Önəmli Özəl HADİSƏ

 

Göyçay rayonunda icra başçısı ilə konflikti olan sahibkar ürək tutmasından vəfat edib.

İCMAL.az-ın əldə etdiyi məlumata əsasən xəbər verir ki, "AVA-N" MMC-nin direktoru Mövsüm Muradov bayram günü qurban kəsib payladıqdan sonra ürəyi dayanıb.

Bir müddət əvvəl Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin göstərişi ilə M.Muradovun rəhbərlik etdiyi bazarın əsas giriş qapılarının sökülərək qapadılması səbəbindən narazılıq yaranmışdı.

Bazarda işləyən ticarətçilər buna etiraz olaraq aksiya keçirmişdilər.

 

İCMAL.az

 

 

RƏYLƏR