Göyçayda 17 yaşlı oğlanı avtomobil vurdu

OXUNUB: 616 SOSİAL

Göyçay rayonunda yol qəzası baş verib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Göyçay şəhəri, Axundov küçəsi 12 saylı evdə yaşayan, 2000-ci il təvəllüdlü Əhmədov Şahkərəm Samir oğlu yolu keçərkən naməlum avtomobillə vurulub.

Yaralı bədənin müxtəlif yerlərinin sınığı ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırmalar aparılır.

İcmal.Az

RƏYLƏR