Göyçayda arvad ərini öldürüb - YENİLƏNİB

OXUNUB: 864 HADİSƏ

Göyçay rayon sakinini qətlə yetirən şəxsin kimliyi məlum olub.

Ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.
 
Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.
 
Onun ərini hansı səbəbdən qətlə yetirdiyi hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda fəhlə kimi çalışdığı bildirilir.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  .apa
 

 İcmal.Az
 
***
 
21:34
 
Göyçayda qətl hadisəsi baş verib.
 
Rayonun Çərəkə kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
 
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. Sadiq Məmmədovun çoban olduğu bildirilir.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. apa
 
İcmal.Az


RƏYLƏR