Göyçayda müəmma: Məktəb direktorlarından biri öldü, digəri intihar etdi – YENİLƏNİB

OXUNUB: 2406 Özəl Seçilmiş Önəmli HADİSƏ

Göyçayda orta məktəb direktoru intihara cəhd göstərib.

İcmal.Az Yeniçağ-a istinadla xəbər verir ki, 9 saylı orta məktəbin direktoru Akif Qəribov özünə qəsd edib. O, bu gün axşam saatlarında çalışdığı təhsil ocağının həyətində damarlarını kəsib. Hadisədən xəbər tutan yaxınları dərhal onu Göyçay rayon xəstəxanasına çatdırıblar. Əməliyyat edilən xəstənin koma vəziyyətində olduğu bildirilir.

Məlumata görə, A.Qəribovdan kimsə xeyli miqdarda rüşvət tələb edib. O da buna etiraz əlaməti olaraq, intihara əl atıb. Sakinlər rüşvət faktoruna görə, icra hakimiyyətinin başçısından – Mehdi Səlimzadədən şübhələndiklərini bildiriblər.

Göyçayda eyni gündə daha bir məktəb direktoru ilə bağlı dəhşətli hadisə qeydə alınıb. Belə ki, Çayarxı kənd ümumi məktəbinin direktoru Şamilov Mübariz Müzəffər oğlunun da ürəyi tutub. Müayinə üçün Bakıya aparılan direktor orada keçinib.

Hər iki faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR