Göygöl rayonunun Aşağı Zurnabad kəndində top/minaatan mərmisi aşkarlanıb

OXUNUB: 172 HƏFTƏLİK İCMAL Özəl MƏDƏNİYYƏT GÜRCÜSTAN

Bakı. 27 aprel. / Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Göygöl rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb. 

ANAMA-dan "Report"a verilən məlumata görə, Göygöl rayonunun Aşağı Zurnabad kəndində su arxının kənarına baxış keçirilib, 1 ədəd 120 mm-lik 3OF-49 modelli top/minaatan mərmisi (NONA) aşkar olunaraq daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib, nəticə etibarilə 400 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, agentlik tərəfindən bu il yanvarın 1-dən aprelin 27-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 137 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 426 682 kv.m ərazi (556 908 kv.m əl ilə, 709 700 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 047 074 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

RƏYLƏR